Əbülfət MƏDƏTOĞLU: XİLASKARLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
58587 | 2019-02-17 11:29

Yaşadığımızdünyanın problemləri o qədər bir-birinə dolaşıb, düyün düşüb ki, saatlarlaoturub baş sındırsam da, o düyünün bircəciyini də olsa aça bilmirəm. Və beləolan halda özümü həm gücsüz, həm kimsəsiz, həm də ümidsiz sayıram. Elə bil ki,ovcumun içində olanın sağına, soluna, dörd tərəfinə elə ovcumun içindəfırlada-fırlada baxıb ona harda müdaxilə edəcəyimi tapa bilmədiyimin təəssüfünü,bacarıqsızlığını yaşayıram. Qınayan olmasa təkcə yumruqlarımı deyil, lap başımıda divara döyərəm ki, bu gəlimli-gedimli dünyanın oyunlarından canım qurtarsın.Elə bu yerdə də yadıma düşür ki, can Allah əmanətidi. Ondan qurtulmağın izniAllahdan gəlməlidir...

Bəli, indioturub siz də fikirləşəcəksiniz ki, yəqin Mədətoğlu alimlik, filosofluq eşqinədüşüb dünyanın haqq-hesabını çəkmək, dəyərləndirmək istəyir.

Amma tövbələrolsun ki, belə bir xəyalım da yoxdur. Sadəcə olaraq, baş verənlərin, müşahidəetdiklərimin əks-sədası, fəsadları istər-istəməz məni də haldan çıxarır və məndə düşünmək məcburiyyətində qalıram.

Təbii ki,düşündüklərimin müəyyən hissəsi təkcə mənə dəxli olan məsələlər deyil. Bu,bütün bəşəriyyətə, bütün insanlara isti-soyuğu keçən məqamlardı.

Düzdür, bu yerdəköhnə kişilərin bir sözü yadıma düşür. Həmin o köhnə kişilər demişdilər ki,"elnən gələn toy-bayramdı" (!!!). Bu təəccüb hissimin bir yozumu daondan ibarətdir ki, adamın el-obası olmalıdı də?! Axı mən bu məsələdə dətoy-bayram ovqatında deyiləm, səpələnibdi bütün Azərbaycana elim, obam. Deməli,ümidimin şam kimi əriməsinin bir ucu da gedib çıxır Vətəndə vətənsizliyə...

Hə, əriyən, tükənənümidsizliyin içərisində ağlıma gələn məqamlardanbiri də budur ki, özüm-özümə söylədiklərimi sənə də, elə bütün oxuculara daçatdırım.

Deyim ki:

Məndən heç nəgözləmə

Sönübdü ümidlərim...

Külək sovurankülə -

Dönübdü ümidlərim...


Ruhum kədərgeyinib

Bəlkə min yoldeyinib...

Qədəminə əyilib-

Enibdi ümidlərim...


Söz qalmayıb dildəyə

Haqq da baxmırdiləyə!

Kirpikdəki giləyə-

Çönübdü ümidlərim...


Qəm bəzənə,darana

Çəkəm dağa,arana...

Tay gedirəmtarana -

Ölübdü ümidlərim...

***

Hərdəndostlardan söhbət düşəndə içimdəki öləziyənümidlərin çırağına sanki neft tökülür. Özümü bir qədər toparlaya bilirəm. Oümidsizliyin məngənəsindən xilas olmaq yolu görünür qarşımda. Təsəvvür edin ki,qırx arşınlıq dərin, qaranlıq bir quyunun dibində oturmusan, nə edəcəyinibilmirsən və bir də görürsən ki, bir işıq şüası süzülüb gəldi üzü aşağı. Öncəelə bilirsən ki, səni qara basır. Hətta vahimələnib xoflanırsan da. Sonragörürsən yox, həmin işıq şüasıyla bərabər bir kəndir də sallanır üzü aşağı.Bax, bu, xilas kəndiri, dost əlidi.

Ondan asılmaq daolar, ondan yapışıb xilas olmaq da. Bütün hallarda mənim düşüncəmə görə,insanın qan, süd doğmalarından daha güvənlisi özünün həyatda qazandığı DOSTudu.Böyük hərflərlə yazılan, ürək dolusu sevgiylə səslənən bu sözün mənə görə bircəyozumu var. O da sirdaşlıqdı, güvəncdi, bir-birinin içərisində olan bir ömründaşıyıcısıdı. İnanın ki, bu, bəlağətli sözlər, fikirlər deyil. Şəxsən mən qan,süd qohumlarımdan, doğmalarımdan daha çox dostlarımla güvənliyəm və hər birhalımda öncə yanımda onları görürəm.

Hərdən özümə qapılıb bu dünyaya laqeyd nəzərlərlə baxanhallarım da olur. Ümidsizliyin, inamsızlığın kürəyimi yerə gətirdiyi məqamda məhz xilaskarım dostlar olur. Deməli, onlarainandığım kimi, onların da mənə inamı bu ömrün mənasını özündə ifadə edir...

Hə, özüm-özüməsual verib cavab axtaranda kökləndiyim ovqat, içərisində olduğum durum həmin oxilaskar dostların, təbii ki, onların arasında da ən önəmli yerin sahibi olan Səninbütün özəlliklərin havaya, suya çevrilirmənim üçün. O havanı, o suyu İlahi töhfəsi kimi qəbul edirəm və könlümdənostalji duyğuların hopduğu misralar gəlib keçir. O misralar SƏNƏ və dostlara ünvanlanır. Yazıram ki:


Yazdıqlarımpıçıltıdı, hənirdi

İçdən gələn səsdi,həm də səmirdi...

Elə bilmə ürəyimdətəmirdi -

Köhnələriçıxarıram, atıram...


Özəl sayıbduymamışam mən əlbət

Düşmür ona nəgüzəşt, nə mərhəmət...

Bağışlanmazcinayətdi məhəbbət -

Sevgi üstətutulmuşam, yatıram...


Eh, nə deyim, nədanışım bilmirəm

Kirpiyimləkirpiyini silmirəm...

Düşünmə ki, dərdlərimlədilbirəm -

Gecələri gündüzlərəqatıram...


İstəmirdim diləalıb mən yayım

Bundan sonra həftəsayım, gün sayım...

Titanikdi sevgipayım, din payım -

Ləngərlənə-ləngərlənəbatıram...


Bu gördüyün əlimdəki- ürəkdi

Bu ürəkdə bu əllərimgül əkdi...

Sən bir söz de,biz son dəfə gülək ki -

Bu ürəyi mənhavayı satıram...

***

Bütün məqamlarıniçərisində mütləq kül altında olduğu kimi, iynə ucu boyda da olsa bir işartıvar. Mən buna inanıram. Çünki Yaradan bəndəsi üçün yazdığı qədərdə hər şeyi nəzərəalıb.

Yəni obrazlı desək,paytaxtdan çıxıb hansısa bir bölgəyə getməyin yolları məlumdur. İstər göylə,istər yerlə, istər suyla... Bu yollar xəritəsi çəkilmiş, hesablanmış birreallıqdı. Qalır o yola çıxmaq. Bax, Allah öz bəndəsini də həmin o yola istiqamətləndirirvə olumdan ölümə qədər gedirsən.

Öncə iməkləyə-iməkləyə,sonra yüyürə-yüyürə. Axırda isə kiminsə qoltuğunda, yaxud da tutağac etdiyin əlağacının köməkliyiylə.

Bu sonuncu halinsanı yenidən iməkləməyə tərəf yaxınlaşdırır. Axı əyilirsən, özün istədin-istəmədin bel bükülür, torpaq səni yavaş-yavaş səsləyir.Və...

Bəli, bu birgerçək həyat mənzərəsi. Bunu mən dedim, yazdım və yaxud da kimsə dedi, yazdı...Məntiq baxımından heç nə dəyişməyəcək. Sadəcə olaraq, hərə öz bildiyi kimi,duyduğu kimi deyir, yazır. Bu məqamdaböyük Bəxtiyar Vahabzadənin misraları yadıma düşür:

Ürək fikrintilsimidir,

Hər qatı bir laykimidir,

İnsan göydə Aykimidir -

Görünməyən tərəfivar.

Bu misraları elə-beləxatırlatmıram.

Demək istəyirəmki, Yer üzündə insanların bir-birindən gizlətdiyi və yaxud da görməyə imkanvermədiyi tərəfləri var. Onu yalnız Tanrı görür və Tanrı da hər şeyi bildiyindən,gördüyündən insanın xəbərdar olduğunu hiss edəndə ona bu dünyanın əzablarındanda ləzzət almaq imkanı verir. Çünki dərk edən, anlayan dərdin də damağında balolduğunu bilir. Və bir də dərd çəkən üçündü, onu şərəfləndirən üçündü. Ümumiyyətlə, dərdin çəkisionu çəkənə məlumdu. Burda söhbət təbii ki, ürəkdən gedir...

Bəli, mən buovqat yazımın hər bir sözü, sətri arxasında özümün dayandığıma əmin olduğumüçün, hətta belə qarmaqarışıq olsa da, birmənalı demək istəyirəm ki, içinizdəkigüvəni, sevgini dəyərləndirin. Onda ayaqda qalmaq nisbətən asan olacaqdı. Nə qədəryüklənməyinizdən asılı olmayaraq, kimin üçün yaşadığınızı unutmayın.

Elə bilməyin ki,bu bir ağsaqqal sözüdü, ağsaqqal tövsiyəsidi. Xeyr, sadəcə olaraq, özyaşadıqlarımın fonunda, diqtəsində gəldiyim bu nəticə məndə bu əminliyiyaradıbdı.

Əmin olmuşam ki,SƏN bütün durumlarda məni xilas edə bilərsən. Elə ona görə də mən də sənə üztutub həmişə və hər anda yazıram, deyirəm:

Sönüb yandığımkimi

Yanıb andığımkimi...

Tək! - inandığımkimi -

Bir Allahainandım...


Qapı, kilid vəaçar

Dərd bağlayar vəqaçar...

İçin-için vənaçar -

Anda da səniandım...


Ömür, həyat vəsevgi

Bitməz xəyal, nəsevgi!

Umub hər gün dəsevgi -

Səni öz qibləmsandım...


Qaranlıq, bir dəişıq

Ruhum qalıb birqaşıq...

Suya düşüb vəyaşıq -

İslanmayıbinadım!


Göründüyü kimi,inamın və inadın ətəyi əldə olanda mübarizə aparmaq, lap elə çabalamaq da nisbətənasan olur. Çünki məqsəd məlumdu, mövzu ortadadı. Və deməli, sənə yandırılanişıq öz şöləsini saçacaq. Axı o Haqdan yanır.

Məlumdur ki,Haqdan yananı bəndə söndürə bilməz!.. Deyəsən, mövzunun bu hissəsini bir az təkrarladım.

Ammainanın ki, bunu bilərəkdən etdim. İstədimki, təkrarın nə olduğunu, hansı mənanı özündə ifadə etdiyini və ümumiyyətlə,bununla bağlı söylənilmiş atalar sözünü bir anlıq da olsa xatırlayasınız.

Və nəhayət...

Hə, bir gözqırpımı olan ömrün bütün çalarlarını, bütün özəlliklərini və gözəlliklərini mənsəndə tapmışam. Ona görə də bütün müraciətlərim də, bütün istəklərim də, həttagiley-güzarım da səninlə bağlıdı. Sən də öz dözümünlə, öz inadkarlığınla mənimöləziyən ümidlərimə yağ damızdırırsan, sönməyə qoymursan. Deməli, bunun özü dəTanrı iradəsidi, Tanrı diqtəsidi. Tanrı səni və bütün dostları qorusun!.. Axısiz xilaskarsınız!


TƏQVİM / ARXİV