adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2019 10:26
9681
MƏMLƏKƏT
A- A+

Mehriban Əliyeva böyük mərhəmət duyğusunun bariz nümunəsidir - Gəncə səfərinə münasibət

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 14-də Gəncəyə səfəri zamanı "İmamzadə” dini kompleksində, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində, uşaq evində, Mir Cəlal Paşayevin ev-muzeyində, 32 nömrəli körpələr evi-uşaq bağçasında və Gəncənin görməli yerlərindən biri olan "Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşü zamanı ona göstərilən qonaqpərvərlik və səmimiyyətə görə gəncəlilərə təşəkkürünü bildirib.

Adalet.az saytı olaraq bu səfərlə bağlı ziyalıların fikirlərini öyrəndik.


Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə vitse-prezident Mehriban Əliyevanın hər zaman humanist addımlar atdığını söyləyib:"Mən bu cür səfərləri çox yüksək qiymətləndirirəm. Və eyni zamanda mən xüsusi bir məsələni qeyd etmək istərdim ki, hər zaman Mehriban xanım humanist addımlar atıb. Gəncə səfərində də bu humanist addımını davam etdirib, uşaq evini ziyarət edib, onların dərdləri ilə maraqlanıb. Hamı da yaxşı bilir ki, əlil uşaqlar, imkansız ailələr üçün hər zaman Heydər Əliyev Fondu tərəfindən çox ciddi dəstək olub. Bu mənada Mehriban Əliyevanın Gəncə səfərini də çox yüksək qiymətləndiririəm”.

Milli Məclisin deputatı Jalə Əliyeva Gəncə səfərini Mehriban Əliyevanın böyük ürəyinin, böyük mərhəmət duyğusunun bariz nümunəsi kimi qiymətləndirib:"Əlbəttə ki, ölkəninin birinci xanımının, vitse-prezidentinin Gəncəyə səfəri bir daha Azərbaycan dövlətinin, cənab Prezidentin, onun ailəsinin hər bir azərbaycan vətəndaşının yanında olduğunun bariz nümunəsidir. Eyni zamanda Mehriban xanımın böyük ürəyinin, böyük mərhəmət duyğusunun bariz nümunəsi kimi bu səfərin də öz rolu böyükdür. Xüsusən yarıma, qayğıya ehtiyacı olan kəsimlərə böyük diqqətinin, analıq qayğısnın bir nümunəsidir. Və onsuz da bu günə kimi Azərbaycanda həyata keçirilən sosial siyasət, hər bir vətəndaşımızın qorunmasına və qayğı göstərilməsinə istiqamətlənmiş addımlar, həyata keçirilən layihələr, əlbəttə, onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də hər bir vətəndaşının bu gününü də, gələcəyini də düşünən bir ölkədir və hər bir vətəndaşının yanındadır. Mehriban xanımın davamlı şəkildə təhsil, səhiyyə, mədəniyyət sahəsində gördüyü işlərə şahidik. İstər Heydər Əliyev Fondunun prezidenti, istər ölkənin birinci xanımı, istərsə də vitse-prezident olaraq onun həyata keçirdiyi fəaliyyət, gördüyü işlər o qədər əvəzsizdir ki, buna görə bizim hər birimiz ayrı-ayrılıqda ona minnətdarıq. Düşünürəm ki, Mehriban Əliyeva bu addımları ilə Azərbaycan tarixinin köklərinə əsaslanan, lakin müasirləşən Azərbaycan qadınının modelini ortaya qoyur”.