Faiq QİSMƏTOĞLU: ƏYİLMƏZ

FAİQ QİSMƏTOĞLU
51161 | 2019-02-17 11:42

... Uşaqlıqdan çiskin yağışı çox sevmişəm və bu gün də çiskin yağışıçox sevirəm. Çünki yağış yağanda sanki yerlə göy birləşir. Və yağış yağandainsanın qəlbi də, ürəyi də, ruhu da təmizlənir. Özü də çiskin yağış bu qəlbə,bu ürəyə təmizliklə yanaşı, bir sevgi də, bir istək də gətirir...

Bu gün dünyamızda çox şey çatışmır. Amma onların hərəsini bir vasitəilə yola vermək, ötüşdürmək olur. Ən azından bir sıxıntı yaşayanda, bir çətinliyinolanda bir də görürsən ki, başqa bir yerdən üzünə qapı açıldı və sən busıxıntıdan çıxdın! Daha doğrusu, o qapını açan və bağlayan Allah-Təaladır.Allah-Təalanın sevgisini və məhəbbətini qazanan insanların üzünə bütün bağlıqapılar gec də olsa nə vaxtsa açılacaq. Sadəcə olaraq, bir az səbrli, bir azdözümlü, bir az da ağayana olmaq lazımdı...

... Bir şey var ki, o olmayanda insan özünü tənha, kimsəsiz və yalqız hiss eləyir. O, insana ən çətin gündə,ən ağır gündə arxa duran sədaqətli dostlardı. Hər adama dost demək olmaz. Düzdür,vəzifə və pulun olanda sənin yanında o qədər adam fırlanır ki, hamısı da sənəqardaş, dost deyir. Elə ki, o vəzifədən getdin, sənə qardaş, dost deyənadamlardan bir-ikisi qalsa böyük şeydi. Və bəzən görürsən ki, o dostlardan biridə yoxdur; hamısı aradan çıxıb başqa bir "şirəli” adamın aftafasını götürürlər.

Dost ağır və çətin gündə tanınır. Mənim də ağır və çətin günüm azolmayıb. Allahın və sədaqətli dostların hesabına bu çətin vəziyyətdən çıxmışamvə ayaqüstdə durmuşam. Buna görə, göydə Allaha, yerdə sədaqətli insanlara minnətdarolmuşam. O insanlar çox deyil, barmaqla sayıla bilər...


"Ədalət”də işləyən ilk gündən mənə "dost” deyən çox yoldaşlar olub. Mənonlarla duz-çörək kəsmişəm və ağır günlərində qardaşı yanında olmayanda, dayısıyanında olmayanda, əmisi yanında olmayanda başının üstünü kəsdirmişəm, taydüşünməmişəm, bu adam sonradan mənim ağır günümdə yanımda olacaq, yoxsaolmayacaq. Və ağır günüm dəfələrlə olub,başının üstünü kəsdirdiyim, xəstə olanda hər gün baş çəkdiyim o dostlar hamısıaradan çıxıb. Biri deyib ki, xəbərim olmayıb, biri deyib ki, xəstə idim, biri dədeyib ki, rayona yas yerinə getmişdim. Mən də onların hamısına öz təşəkkürümübildirmişəm və demişəm ki, elədiyim yaxşılığın heç vaxt əvəzini gözləyən adamdeyiləm. Yalnız Allahımdan kömək istəmişəm, Ulu Yaradan da həmişə mənə arxadurub...

Mənim o qədər də yaxşılıq eləmədiyim, əl tutmadığım bir dostum var:Asif Talıboğlu! İnanın, o adama mənim elə bir köməyim, xeyrim dəyməyib. Ancaq ənağır günlərmdə o mənə xəstəxanada baş çəkib, evimə gəlib, ailəmə təsəlli verib,cibimə pul qoyub. Hətta oğlumun sıxıntılı anlarında mənim yanımda olan vədoğmalarımdan da çox narahatlıq keçirən bir insan olub. Və həmişə də məəttəlqalmışam ki, bu adam elədiyi yaxşılığın əvəzini heç vaxt ummayıb.

Başqa dostlarımız maşını ilə bir yerə gedəndə o dəqiqə "benzin, benzin” deyiblər. Yəni benzin tök, hara deyirsən gedək. Bir dəfə dəAsif Talıboğlunun maşınına benzin tökdürmək istədim, abrımı ətəyimə bükdü vədedi ki, sən məni o maşenniklərlə səhv salma. Dünyanın o başına səninlə gedərəm,"uf” demərəm. Çünki mən adam tanıyanam. Adama bir dəfə baxan kimi bilirəm ki, o hansı yuvanınquşudur. Cəmi bir dəfə bir iş yoldaşımızla yola çıxdım, gördüm ki, yoldaşlıq eləməliadam deyil. Ondan sonra da tay o adamla bir də harasa getmədim. Gördüm ki,çürükdür.

... Yenə çiskin yağış yağır... yenə qəlbimə, ürəyimə bir təmizlik gəlir...hava da bir az soyuqdu... Soyuq olsa da, bu çiskinli, yağışlı hava mənə ləzzəteləyir. Dostum Asif Talıboğluyla Sumqayıtda görüşüb bazar günü başqa birdostumuzun rəhmətə getmiş qohumunun yas yerinə getməliyik. Yas yeri də şəhəringirəcəyindəki "Qalalaı” mərasim evində keçirilir. Həmişə olduğu kimi, görüşyerinə tez gəlirəm. Hava bir az da soyuyub, ağzımı və boynumu şərfləbağlayıram. Asif Talıboğludan zəng gəlir. Deyir hardasan? Bildirirəm ki, mərasimevinin qabağındayam. "Beş dəqiqəyə gəlirəm” – deyib telefonu söndürür. Heç beşdəqiqə keçmir ki, "Qalalı”ya gəlib çatır. Məndən fərqli olaraq çox səliqəlidir,qalstuk taxıb və üzünü də qırxıb. Maşallah, cavan oğlana oxşayır.

Öpüşüb-görüşürük və soyuqdan tez canımızı qurtarıb mərasim evinəgiririk. Əyləşən kimi yas sahibi gəlib bizimlə öpüşüb-görüşür və "əziyyət çəkmisiniz”- deyir. Sonra isə xidmətçilərə göstəriş verir ki, müəllimlərə tez çay gətirin, qoy içib qızışsınlar! Yas məclisindəkilərZəngilan və Qubadlı camaatıdır. Əksəriyyəti dəAsif Talıboğlunu yaxşı tanıyır. Çünki Asif Talıboğlu elə-belə oğlandeyil. Qarabağ Müharibəsi Veteranıdır, batalyon komandiri olub, tanınmışşair-publisistdir. Üstəlik də bir müddət "Ədalət” qəzetində baş redaktorunmüavini vəzifəsində çalışıb. Ancaq o heç vaxt nə istedadı, nə vəzifəsi, nə dəQarabağ veteranı olmağıyla başqaları kimi öyünməyib. Əksinə, həmişə öz sadəliyivə səmimiyyətiylə seçilib. Yas məclisində bir neçə ziyalı məni də tanıyır vədeyirlər ki, sizin qəzeti bu gün də oxuyuruq.

... Bir saatdan çox məclisdə əyləşib yas sahibi olan dostumuzun dərdinəşərik oluruq. Asif Talıboğlu molla "Fatihə” verəndən sonra ayağa qalxır, onunla birlikdə mərasim evini tərk edirik.Deyir ki, səni heç yana buraxan deyiləm. Gedib başqa yerdə çörək kəsək, ötəngünləri xatırlayaq. Razılaşıram. Bayırda yenə hava çiskinlidir, narın yağışyağır. Və bu narın yağış hər ikimizə ləzzət eləyir. Onun maşınına əyləşibtanıdığı bir kafeyə gedirik. Orda da əməlli-başlı toqqamızın altını bərkidirik.Sonra Asif müəllim xidmətçiyə deyir ki,yaxşı bir kəklikotulu çay dəmlə! Həmin oğlan da 10-15 dəqiqəyə xoruzquyruğu vəiçində də kəklikotu olan qəşəng bir çay dəmləyir. Çayniki masanın üstünəqoyanda çaynikin ağzını açır, kəklikotunun ətri ətrafa yayılır. Asif müəllim"bax, bu başqa məsələ” – deyib çay gətirən oğlana minnətdarlıq eləyir. Hiss eləyirəmki, elə bu obyekt də qubadlılarındı. Çünki Asif müəllim çox özünü rahat hiss eləyirvə uşaqlara da ərkyana üz tutur və hətta onlarla zarafatlaşır da...

... Çay içə-içə bir daha bir yerdə işlədiyimiz, dostluq, yoldaşlıq elədiyimizgünlərə qayıdırıq. Uşaqların çoxunu xatırlayırıq: Lətifi, Məhəmmədəlini, rəhmətlikMayıl müəllimi, Elcanı, Surxay Əlibəylini... Hamısını da yaxşı, yaddaqalananlarla...

... Birdən Asif Talıboğlu qəfil ayağa qalxır. Soruşuram nə olub?.Deyir heç nə, hər şey yaxşıdır. Sadəcə olaraq, bir balaca narahatlıq hiss elədim,ona görə də yerimi dəyişirəm. Nə az, nə çox, burda da bir saat oturub dərdləşirik.Amma inanın, bu anlar, bu dəqiqələr, bu sani yələr o qədər qiymətlidir ki, adamonun üçün hər an, hər dəqiqə nə vaxtsa darıxacaq. Və nə vaxtsa həm Asif müəllimin,həm mənim bu gün, bu saat, bu dəqiqə üçün burnumuzun ucu göynəyəcək. Həyat eləsürətlə davam edir ki, bir də eşidirsən top kimi oğlan yıxılıb öldü. Bax, ondafikirləşirsən ki, bu ölüm, bu həyat sənin də qapını döyə bilər. Deyirlər ki, hərgün ölümünü düşünən adam Allaha yaxın adamdı. Və hər gün ölümünü düşünən adam həraçılan səhəri və günü elə xoşbəxt, elə şirin yaşayır ki, elə bil bu onun songünüdür. Biz də görüşdüyümüz həmin günün hər saatını, hər anını çox şirinliklə,çox ləzzətlə yaşadıq...

... Ayağa qalxır. Axı o yaşdaməndən böyükdür. O ayağa qalxan kimi mən də ayağa qalxıram. Deyir ki, gəlbir az piyada gəzək. Onsuz da şəkər xəstəliyi məni birtəhər eləyib. Amma səmimi,ürəyi təmiz və ən nəhayət, insanlara sevgiylə yanaşan adamları xəstəlik də yıxabilmir. Daha doğrusu, xəstəlik yıxsa da, onlar xəstəliyə öz mərdlikləri, böyükürəkləri hesabına üstün gəlirlər. Asif Talıboğlu da belə bir böyük ürək sahibiolan ziyalıdır. Bir dəfə görmədim ki, desin, mənim haramsa ağrayır. Əksinə, həmişəondan müsbət enerji, sevgi, sədaqət görmüşəm...

Mənim ipiqırıq dostlarım gedib bu dostluğu, bu sədaqəti AsifTalıboğludan öyrənsinlər. Onun 90 yaşında Sumqayıtda xəstə bibisi var. AsifBakıda evini, eşiyini, balalarını, nəvələrini qoyub gəlib bibisinin yanındaqalır. Düz 2 ildir yeriyə bilməyən, çarpayı dustağı olan bibisinin qulluğundadurur. Lazım gələndə onun altını da təmizləyir. Bax, belə yerdə bir söz deməkolar:

- Halal olsun sənə bu tutuduğun yol! Bu sədaqəti, bu etibarı birçoxları heç övladlarından belə görmürlər!

Hansı ki, Asifin bibisi çox məşhur bir müğənninin atasının dabibisidir. Və həmin məşhur müğənninin atasını da o bibisi saxlayıb, böyüdüb,oxudub və evləndirib. Amma bu gün bir dəfə də olsun həmin adam o qapını açmayıbvə bibisiylə maraqlanmayıb.

Asif Talıboğlu mənim gözümdə həmişə uca olub: çünki o dostluğa, kəsdiyiduz-çörəyə sədaqətilə seçilib. Xəstə bibisinə iki ildir xidmət etməsi isə onu mənimgözümdə bir daha ucaltdı. Asif Talıboğlu gözəl ailə başçısıdır, gözəl dostdur,gözəl babadır, gözəl də insandır. O, Qubadlı rayonunun Mollu kəndindəndir. O kəndinadamlarının çoxu duru, sədaqətli və səmimi olurlar. Bəlkə da Asifə bu sədaqət vəsəmimiyyət o kökdən gəlir. Hər halda, mən onun heç vaxt ağa qara dediyini, kiməsəəyildiyini, kiminsə sözünü götürdüyünü görməmişəm. Və həmişə belə şax, qürurlu,ləyaqətli görmüşəm. Və indən sonra da elə belə görmək istəyirəm...

... Bayırda hava bir az da soyuyur. Yağış bir az da güclənir. Onun maşını ilə gəlib Bakıya gedəntaksilərin yanında dayanırıq. Burdan məni yola salmaq istəyir. Xəbərim olmadantaksinin pulunu verir və məni maşına əyləşdirir. Maşına əyləşməzdən əvvəl yenidənöpüşüb- görüşürük və xudahafizləşirik. Təmiz havanın gözəlliyi və rahatlığı hərikimizin iç dünyasına bir işıq, bir nur gətirir. Xoş anlar və xoş dəqiqələr biran da yadımdan çıxmır. Və yadımdan çıxmayan bir də Asif Talıboğlunun sədaqəti,səmimiyyəti, bütövlüyüdür. Çünki o, dağlar oğludu!..


TƏQVİM / ARXİV