adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Fevral 2019 12:34
5198
GÜNDƏM
A- A+

İdman zalında dindarlarla dava


Türkiyədə qəribə bir hadisə baş verib. Adalet.az xəbər verir ki, İzmirdə 4-5 sarıxlı, cübbəli şəxs idman zalına girib və məşq edənlərə bunları söyləyib:

"Fitnes" kəlməsinin kökü "Fitnə" sözündən yaranıb və Allahın yaratdığı bədəni bəyənməyib əlavə düzəlişlər etmək haramdır”.

Zalda olanlar da bu sözlərdən əsəbiləşib cübbəliləri döyüblər. Sonda isə belə bir sual veriblər: "Allahın verdiyi bədəni bəs niyə bəyənməyib sünnət edirsiz?"