adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2019 11:15
6577
MƏMLƏKƏT
A- A+

Növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

"Kənd Təsərrüfatı Nazirliyiyanında Aqrar Ticarət Şirkəti növbəti bayram yarmarkası təşkil edəcək”.

Adalet.az xəbər verir ki, bu barədə "Report”a Aqrar Ticarət Şirkətin mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib.

Onun sözlərinə görə, mart ayında,Novruz bayramından əvvəl yarmarka keçiriləcək: "Belə ki, yarmarkamartın 15-dən 21-nəqədər,28 May, Nizami küçəsi 154 Bünvanında baş tutacaq. Martın 15-dən etibarən 1 həftə ərzində keçiriləcək yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər”.

M.Musayev qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində ötən dəfə olduğu kimi Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək: "Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada110fermerin iştirak etməsi nəzərdə tutulub”.

"Yarmarkada iştirak etmək istəyən fermerlərfevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya050 400 8899 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər”,-deyə o əlavə edib.

M.Musayev sonda vurğulayıb ki,martın 21-dəkdavam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər.