adalet.az header logo
  • Bakı 12°C
15 Fevral 2019 10:09
12864
KRİMİNAL
A- A+

Moskvada daha bir silahlı insident - Azərbaycanlı qətlə yetirildi

Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşını güllələyərək qətlə yetiriblər.

BakuPost xəbər verir ki, hadisə bu gecə baş verib.

Belə ki, naməlum şəxslərSəmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında "BMW X6" markalı avtomobildən odlu silahla atəş açıblar. Nəticədə təqribən 45 yaşlı azərbaycanlı hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanları hazırda qatillərin gizləndiyi avtomobili axtarır.

Faktla bağlı istintaq başladılıb.
Qatillərin fevralın 14-də Moskvanın Peçatniki rayonunda Çeçen və Azərbaycan əsilli şəxslər arasında baş vermiş atışma ilə müşayiət olunan kütləvi davada iştirak edənlərlə hər hansı bir əlaqələrinin olub-olmadığı araşdırılır.