adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Fevral 2019 17:47
24354
TEXNOLOGİYA
A- A+

Dünyanın ən böyük sərnişin təyyarəsi daha istehsal olunmayacaq

"Airbus” təyyarəqayırma konserni dünyanın ən böyük sərnişin təyyarəsi sayılan "Airbus A380” modelinin istehsalını dayandırır.

Bu barədəfevralın 14-də şirkətin rəsmi saytında məlumat verilib.

Bu qərara səbəb "Emirates” hava yolları şirkətinin həmin layner üçün sifariş portfelini 162-dən (ədəd) 123-ə endirməsi olub. "Airbus”un baş direktoru Tom Endersin sözlərinə görə, konsernin başqa aviaşirkətlərlə əməkdaşlıq etməsinə baxmayaraq, bu modeldən olan yeni təyyarələrin istehsalı üçün əsas qalmayıb.

Bununla belə, qarşıdakı iki il ərzində "Emirates” şirkətinin 14 "A380” təyyarəsini təhvil alacağı bildirilir.

Qeyd edək ki, "A380” dünyanın ən iri hava layneridir. Onun hündürlüyü 24,08 metr, uzunluğu 72,75 metr, qanadlarının ümumi uzunluğu 79,75 metr təşkil edir. Avialaynerin adi üç siniflivariantına 853 sərnişin, tam-ekonom-klas variantına isə 853 sərnişin yerləşir. Təyyarə 15,4 min kilometrə qədər fasiləsiz uçuş həyata keçirə bilir.