adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Fevral 2019 17:26
6296
MƏMLƏKƏT
A- A+

Hacıqabulda icazəsiz ov edən əcnəbi saxlanıldı

Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliyi vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.