adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Fevral 2019 16:17
5477
MƏMLƏKƏT
A- A+

Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq

Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Adalet.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturu daim təkmilləşdirilir.

ƏƏSMN-nin Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində müasir tələblərə uyğun reabilitasiya şəraiti mövcuddur. İl ərzində həmin mərkəzlərdə 3500-dən artıq sağlamlıq imkanları məhdud uşağa səmərəli və sınanmış metodlar əsasında reabilitasiya xidmətləri göstərilir.

Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, nazirlik tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişəndirilməsi də nəzərdə tutulur.

Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Quba, Masallı, Ağcabədi, Xaçmaz, Lənkəran rayonlarında uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır.

Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsi imkanlarının artırılmasında, onlar arasında sağlamlıq imkanları məhdudluğun qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.