adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Fevral 2019 15:23
6550
MƏMLƏKƏT
A- A+

“3 aydan sonra müraciət ediblər” - Nazir xəstə heyvan verilməsindən danışdı

"Yararsız heyvanların verilməsi ilə bağlı nazirliyə daxil olan müraciətlər əsasında heyvan dəyişdirilməsi faktı 1 faizdən aşağı olub".

Adalet.az "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev mətbuat konfransında deyib.

O bildirib ki, yararsız heyvanların bağlı müraciətlərin əksəriyyəti 2-3 ay sonra edilib.

"Vətəndaşlara heyvan təqdim ediləndə özü təsdiq edir. Müvafiq baytar arayışları da təqdim olunur. Bəzi məlumatlar yayılır ki, guya 5000 manat civarında heyvanlar alınır. Bu səhv məlumatdır. Bütün vergilər və digər ödənişlər daxil olmaqla bir heyvanın qiyməti 1800 manatdan çox deyil, 1400 manat civarındadır. Heç bir podratçı şirkətə əlavə vəsait ödənilməyib. Hər hansı satınalmamızda qiymət artımına yol verilməyib. Ötən ilin mövcud qiymətlərindən aşağı qiymətə heyvan alınır".

Nazir bildirib ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub. "Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanlı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs siyahıdan çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb".

S.Babayevin sözlərinə görə, həqiqətən də keyfiyyəti aşağı, o cümlədən olan heyvanları ailəyə təqdim edən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh tədbirləri verilib. "Bütün dəyişdirilən heyvanların sayı 170-ə yaxın olub".