adalet.az header logo
  • Bakı 16°C
14 Fevral 2019 14:56
19526
MƏDƏNİYYƏT
A- A+

“Bu şəhərdə”nin konsertinə icazə verilmədi? - RƏSMİ

"Mart ayında konsertlərimiz üçün İcra Hakimiyyətinə ( başçı Zakir Fərəcov və müavini Teymur Səmədov) iki məktub ünvanlamışıq. Nəticədə, bizə məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə” sizin şəhərdə olmayacaq”.

Adalet.az xəbər verir ki, bu sözləri "Bu şəhərdə” komandası instaqram səhifələrində yazıb. Komanda bildirib ki, icra hakimiyyəti aktyorların Sumqayıtda konsert proqramı ilə çıxış etəsinə icazə verməyib.

İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə Publika.az-a verdiyi açıqlamada bu iddiaları təkzib edərək vurğulayıb ki, "Bu şəhərdə” komandasına yox cavabı verilməyib:
"Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də xüsusi diqqət yetirilir. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur.

"Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyətə konsert proqramları təşkil olunub. "Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib.

Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edim ki, İcra hakimiyyəti tərəfindən "Bu şəhərdə” üzvlərinə "yox” cavabı verilməyib”.