adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Fevral 2019 14:18
3548
GÜNDƏM
A- A+

Minimum pensiya 160 manata çatdırılacaq

Əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq, nəticədə 233 min nəfərin pensiyasında artım olacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.