Ötən nömrələrimizin birində İranda prezidentliyə namizəd Musəvinin azərbaycanlı olmasının azərbaycançılığa heç bir dəxli olmadığı ilə bağlı bir replika vermişdik.
?mumiyyətlə, neçə müddətdir məni özü azərbaycanlı olub Azərbaycana və azərbaycanlıya heç bir dəxli olmayan insanlar barəsində yazı yazmaq düşündürür. Amma hər dəfə mənə çox doğma adamlar bu yazını yazmağıma mane olurlar. Səbəb də onu gətirirlər ki, həm özünə çox düşmən qazanacaqsan, həm də səni düzgün başa düşməyəcəklər.
Uzun bir siyahım var, dünyada yaşayan o azərbaycanlıların siyahısıdır ki, onların nə Azərbaycana, nə də azərbaycançılığa dəxli var. Bunların çoxu ilə bu millət fəxr edir. Qardaşım, əgər həmin azərbaycanlı sənin üçün yanmırsa, bu dövlət, bu millət üçün yanmırsa, yanan Azərbaycanın üstünə qaranquş kimi dimdiyindən bir damcı su atmırsa, onun nəyi ilə fəxr edirsən?!
Uşaq vaxtı özüm də belələri ilə fəxr eləmişəm. Rober Osseyni filmdə görəndə elə bilirdim dədəmi göstərirlər, sevincdən gözlərim yaşarırdı. Amma böyüdüm və gördüm ki, bu adamın nə Azərbaycana, nə bu millətə, nə bu xalqa dəxli var. Beşincimi, altıncımı babası erməni olan Şarl Aznaurun dırnağı da deyil Rober Osseyn. Bunu etiraf eləməkdən qorxuruq, bunu deməkdən qorxuruq.
Şarl Aznaur dünyanın böyük-böyük ölkələrində konsertlər verir və həmin pulları gətirib tökür İrəvanın ortasına. Rober Osseyn Fransanın ən varlı adamlarından biridir, amma nə bir dəfə Azərbaycana gəlib, nə də bir çimdik duz göndərib. Bu necə azərbaycanlıdı axı? Bunun Azərbaycan xalqına nə dəxli var axı?
Mən həmin siyahıdan bircəciyinin adını çəkdim. Yazını burda saxlayıram. Çünki qorxuram hüdüldüyüm nə var töküm hamısını qəzetə.
Qayıdaq Musəviyə. Baxırdım ki, adamlar elə fəxrlə deyirdilər ki, Musəvi azərbaycanlıdı! Allah, Allah, guya Musəvi gəlib bizim xeyirimizə nəsə bir qələt eləyəcək.
Cənubi Azərbaycan Milli Hökuməti qurulanda o hökumətin liderlərindən biri Xosrov Ruzbeh idi. İnqilab qana boyananda liderlər hamısı qaçdı Şimali Azərbaycana, amma Xosrov Ruzbeh qaçmadı, şərəfli ölməyi şərəfsiz qaçmaqdan üstün tutdu. Və şahın ordusu onu Təbrizdə asdı. Xosrov Ruzbeh milliyyətcə bilirsiniz kimiydi? Fars idi. İndi farsların quşunu götürən Musəvi azərbaycanlıdı, yoxsa Azərbaycan inqilabının liderlərindən olan Xosrov Ruzbeh?!
Bir yazı yazmaq istəyirdim bu məsələ ilə bağlı, amma "Bizim yol" qəzetində Məmməd Süleymanovun çox maraqlı və ağıllı bir yazısını oxudum, çox ləzzət elədi. Gördüm elə mən demək istədiyimi deyib və gözəl də deyib. Həmin yazını "Ədalət"in oxucuları üçün bugünkü nömrəmizdə dərc edirik.