adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Fevral 2019 10:43
11940
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: MƏNİM İNADIM

Sönüb yandığım kimi
yanıb andığım kimi
BİR! - inandığım kimi -
Tək Allaha inandım....

Qapı , kilid və açar
Dərd bağlayar və açar...
için - için və naçar -
anda da səni andım!

Ömür , həyat və sevgi
Bitməz xəyal , nə sevgi!
Umub hər gün də sevgi -
Səni öz qibləm sandım...

Qaranlıq , bir də işıq
Ruhum olub bir qaşıq...
Suya düşüb ... və yaşıq -
İslanmayıb inadım...