adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Fevral 2019 19:53
5417
HADİSƏ
A- A+

Quş oğruları tutuldu

Goranboy RPŞ-nin əməkdaşları tərəfindən fevralın 9-da rayon ərazisindəki həyətyanı sahələrin birindən 11 ev quşu oğurlamaqda şübhəli bilinən Səmədabad kənd sakinləri A.Xəlilov, E.Əsədov və R.Hüseynov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların fevralın 6-na keçən gecə Səmədabad kəndindəki daha bir həyətdən 22 ev quşunu oğurlamaları da müəyyən edilib.