Rumıniya ilə turizm əlaqələri müzakirə olunub
Azərbaycan və Rumıniya arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi fevralın 13-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Rumıniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İancu arasında görüş zamanı vurğulanıb.
Agentlikdən Adalet.az -a verilən məlumata görə, görüş çərçivəsində qarşılıqlı olaraq Rumıniyanın kənd turizmi və ekoturizm üzrə mövcud təcrübəsinin Azərbaycanda, həmçinin Azərbaycanın mədəni irs nümunələrinin turizm sahəsində istifadəsi üzrə təcrübəsinin Rumıniyada tətbiqi barəsində müzakirə aparılıb.
Hər iki ölkənin işgüzar və biznes turizmi sahəsindəki təcrübələrindən bəhs olunub, beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Rumıniyanın əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib.
Digər Xəbərlər
29 Mart 2024 18:26
Bu çalaya rast gəldikdə dərhal XƏBƏR VERİN
29 Mart 2024 17:50Mahmud Abbasdan mənəvi "qardaşlar"ına jest: Varsen Ağabekyan Fələstində nazir oldu
29 Mart 2024 16:45Solovyova qardaş "müjdə"si :Ermənistanda proqramlarının yayımı dayandırıldı
29 Mart 2024 15:42Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
29 Mart 2024 15:33