Sehrli aləm radio - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
86877 | 2019-02-13 14:06

11-ci ildir ki,mikrofon qarşısındayam. Radio haqda demək istədiklərim var, əlbəttə. Uzun olsa,ərinməyin, oxuyun.

RADİO NƏDİR? -sualı ətrafında bir yazı yazmaq keçdi içimdən... amma oxumadan "xala, xətrinqalmasın" LİKE-ı istəmirəm, etməyin.. Məhz bu gün bunu etməyin.

Radio ancaqsizin bir barmağınızın toxunuşu ilə dəyişə biləcəyiniz qədər bəsit bir qutudanibarət deyil...

RADİO sehrli birdünyadır. Radio çox böyük və sərhədsiz bir aləmdir. Sehri bilirsinizmi nədədir?

Təsəvvür edin: səndünya ilə eyni anda təmasdasan. Nəzərə alsaq ki, respublikada avtomobil sayı 1milyon 350 mindən yuxarıdır, deməli, hərgün ən azı, "heç dinləyən yoxdur”, hesab etdiyin gün Azərbaycanda təkcə sükanarxasında olan aşağı-yuxarı 2 milyon insan səni dinləyir (hər avtomobildə ənazı 2 nəfərdən götürək və 101FM-in respublika ərazisində kəsintisizyayımlandığını nəzərə alaq).

Bunun üstünəofisdə, evdə, dağda, bağda, xaricdə, yolda qulaqlıqla dinləyənləri də gəlsək,minimum 5 milyon insana bir dəfəyə xitab edirsən. Respublikanın hər bucağına kəsintisizyayımın üstünə həm də internet yayımı ilə dünyanın istənilən nöqtəsində dinlənmənigələk...

Bəli, sən birtoxunuşla 5 milyon insana müraciət edirsən, onlarla yol yoldaşı olursan, bəzəngüldürürsən, bəzən çilədən çıxardırsan, bəzən dərdinə şərik olursan və s.

İnsanlar ən əsasməlumatı almaq üçün həmişə radioya diqqət kəsilirlər. Radio cəmiyyətin önündədir,dinamikdir, hər yerdə, hər an səninlə ola bilir...

İşin SEHRİ isəondadır ki, o 5 milyona yaxın və ya ondan da çox insan səni görmür, tanımır,amma eyni anda səninlə yol gedir, qaçır, yemək bişirir, söhbət edir. Bu qədərinsanın beynində ancaq sənin səsin və təxəyyüllərinin canlandırdıqları real sənəqətiyyən bənzəməyən obrazın canlanır. Onlar səninlə səni görürmüşlər kimidanışırlar, elə sən də zamanla onları görməyi öyrənirsən. "Kim nə deyəcək, necədeyəcək, onun dediyinin qarşılığında mən nə deməliyəm" - düşüncəsinə saniyəninmində birində cavab hazırlamağı öyrənirsən...

Sən hər mövzuda,hər kəslə danışmağı bacarmalısan. Danışa bilənlə də, bilməyənlə də...

RADİO neqativisevmir. Dinləyici maksimum pozitiv, yüksək əhval üçün barmaqlarını dalğalarda gəzdirirvə nəhayət ruhuna uyğun olan dalğada dayanır. Bəzən isə məhz sənin olduğunsaatda heç vaxt başqa dalğanı seçmir...

Bilirsinizmi bunədir? Bu, sevgidir, bu, inamdır, bu, qarşı tərəfin səni ruh əkizi kimiduyması, hiss etməsidir...

Bəzən biraparıcı kimi sən hətta hansı anda dinləyicinin sənin səsinə daha çox səsverdiyini, hansı halda səsinin aldığını, hansı halda isə sənə arxa çeviribgetdiyini hiss edirsən. Sən canlı efirə bağlanan dinləyicinin ilk sözündən onunfikrini oxuyub onun fikrindən tez öz cavabını hazır saxlayırsan...

Bəli, bəli, realolaraq bunu hiss edirsən - əgər efiri sadəcə aparmır, həm də yaşayırsansa... vəbu, hər gün hər gün təkrar olunur. Gündə 5 saat canlı efir. Elə bilirsinizzarafatdır?

Qətiyyən deyil.Amma efir səni zərrə qədər də yormur...

Dinləyicininradioya sevgisi tamaşaçının televiziyaya sevgisindən milyon dəfə safdır, təmizdir,səmimidir. Niyə?

Çünki radiodadinləyicinin diqqətini çəkə biləcək başqa heç nə yoxdur. Nə dekorasiya, nəgeyim, nə saç düzümü, nə gözəllik, nə çərçivədən çıxmış makiyaj - heç nə.

Dinləyici sənieşidir və öz eşitdiyi kimi cızır aparıcısının portretini.

Kiçikbir sirr deyim sizə:

Mikrofonqarşısında rəsmi geyimdə sən geniş kütlə ilə təmasa girə bilməzsən, mümkündeyil. Sən bu halda sadəcə efir bitənə kimi onu necəsə apara bilərsən. Bu haldabir saatlıq efir dinləyiciyə də, gələn qonağa da, elə aparıcıya da bir ömür qədəruzun və cansıxıcı gəlir. Dinləyici zatən çoxdan gedib. Efir "bircə bitsəydi” iləbaşlayır və "axır ki bitdi” ilə nöqtələnir.

Radiodaqeyri-səmimi ola bilməzsən, mümkün deyil. Auditoriya qəbul etməz səni.

Radiopozitiv, enerji dolu okeandır. Bir var dinləyici səni eşidir, bir də var dinləyirvə sən onun sənə diqqət kəsildiyini hiss edirsən...

Oanın hakimi sənsən. Dinləyici özü də bilmədən səndən aldığı enerji ilə yüklənirvə ötürdüyün enerji bumeranq hissi ilə özünə qayıdır...

Radioaparıcıolmaq çox şərəfli və çox özəl bir işdir. Radioaparıcı olmaq hələ mikrofonqarşısına keçib onu açmaq deyil. Onu sevə bilmək və onun da səni sevməsinə nailola bilməkdir... Bəli, mikrofon səni sevməlidir.

Hərsahə kimi burda da yanaşmalar fərqlidir. Bir var işini sevəsən, onunla nəfəsalasan, bir də var sadəcə ay sonu maaş üçün mikrofonu açasan, bağlayasan....

Mikrofonuay sonu maaş almaq xətrinə açanlar okeanın sahilində var-gəl edənlərdir. Onlarcəsarət edib suya girə bilməzlər. Onların bu sahildə var-gəl etməsi alacaqlarıpulun miqdarına bağlıdır.

Mikrofonusevdiyin üçün həvəslə, coşqu ilə açanlar isə okeanın nəhəngliyini, onu hardabatırıb harda üzə çıxaracağını düşünmürlər belə. Bir də baxırsan ki, okeansuları səni çoxdan ağuşuna alıb aparıb. Qarşılığında nə qazanırlar?

Sevgininmaddi qarşılığı olmur - bilirsiniz. Bilmirsinizsə, bilin. Qazancın sevgindənzövq almağın, bir də sahildə olanların səni qınaması olur - "bu qazanca bu qədəriş?” - deyə..

Sənisə karsan, eşitmirsən, korsan, bütün bunları görmürsən. Hər gün sevginəqovuşmaq üçün can atırsan, onunla heç yorulmursan. Hər gün 5 saat canlı efir.Elə bilirsiniz asandır? Qətiyyən elə deyil. Amma işindir, sevirsən və görürsən...

Maddiyyatabaxışın isə - Sevgili ilə yavan çörək belə sevgisiz yeyilən naz-nemətdən dadlıolur... -dan o tərəfə keçmir..

Birsözlə, Səni sevirəm, RADİO! Sağ ol ki, sən də məni sevirsən.

Bugün Beynəlxalq radio günüdür axı..

Günümüzmübarək, əziz dünya radioaparıcıları, əziz HƏMKARLAR!..

P.S.Gündə 5 saat canlı yayımda danışan adamın qısa danışma bacarığı olmur. Sağolun, bura qədər oxumağa hövsələ etdinizsə. Etmədinizsə, yenə də sağ olun.


TƏQVİM / ARXİV