warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Adalet.az | Sehrli aləm radio - Əzizə İsmayılova yazır Adalet.az | Sehrli aləm radio - Əzizə İsmayılova yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Sehrli aləm radio - Əzizə İsmayılova yazır

16778    |   2019-02-13 14:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

11-ci ildir ki, mikrofon qarşısındayam. Radio haqda demək istədiklərim var, əlbəttə. Uzun olsa, ərinməyin, oxuyun.

RADİO NƏDİR? - sualı ətrafında bir yazı yazmaq keçdi içimdən... amma oxumadan "xala, xətrin qalmasın" LİKE-ı istəmirəm, etməyin.. Məhz bu gün bunu etməyin.

Radio ancaq sizin bir barmağınızın toxunuşu ilə dəyişə biləcəyiniz qədər bəsit bir qutudan ibarət deyil...

RADİO sehrli bir dünyadır. Radio çox böyük və sərhədsiz bir aləmdir. Sehri bilirsinizmi nədədir?

Təsəvvür edin: sən dünya ilə eyni anda təmasdasan. Nəzərə alsaq ki, respublikada avtomobil sayı 1 milyon 350 mindən yuxarıdır, deməli, hər gün ən azı, "heç dinləyən yoxdur”, hesab etdiyin gün Azərbaycanda təkcə sükan arxasında olan aşağı-yuxarı 2 milyon insan səni dinləyir (hər avtomobildə ən azı 2 nəfərdən götürək və 101FM-in respublika ərazisində kəsintisiz yayımlandığını nəzərə alaq).

Bunun üstünə ofisdə, evdə, dağda, bağda, xaricdə, yolda qulaqlıqla dinləyənləri də gəlsək, minimum 5 milyon insana bir dəfəyə xitab edirsən. Respublikanın hər bucağına kəsintisiz yayımın üstünə həm də internet yayımı ilə dünyanın istənilən nöqtəsində dinlənməni gələk...

Bəli, sən bir toxunuşla 5 milyon insana müraciət edirsən, onlarla yol yoldaşı olursan, bəzən güldürürsən, bəzən çilədən çıxardırsan, bəzən dərdinə şərik olursan və s.

İnsanlar ən əsas məlumatı almaq üçün həmişə radioya diqqət kəsilirlər. Radio cəmiyyətin önündədir, dinamikdir, hər yerdə, hər an səninlə ola bilir...

İşin SEHRİ isə ondadır ki, o 5 milyona yaxın və ya ondan da çox insan səni görmür, tanımır, amma eyni anda səninlə yol gedir, qaçır, yemək bişirir, söhbət edir. Bu qədər insanın beynində ancaq sənin səsin və təxəyyüllərinin canlandırdıqları real sənə qətiyyən bənzəməyən obrazın canlanır. Onlar səninlə səni görürmüşlər kimi danışırlar, elə sən də zamanla onları görməyi öyrənirsən. "Kim nə deyəcək, necə deyəcək, onun dediyinin qarşılığında mən nə deməliyəm" - düşüncəsinə saniyənin mində birində cavab hazırlamağı öyrənirsən...

Sən hər mövzuda, hər kəslə danışmağı bacarmalısan. Danışa bilənlə də, bilməyənlə də...

RADİO neqativi sevmir. Dinləyici maksimum pozitiv, yüksək əhval üçün barmaqlarını dalğalarda gəzdirir və nəhayət ruhuna uyğun olan dalğada dayanır. Bəzən isə məhz sənin olduğun saatda heç vaxt başqa dalğanı seçmir...

Bilirsinizmi bu nədir? Bu, sevgidir, bu, inamdır, bu, qarşı tərəfin səni ruh əkizi kimi duyması, hiss etməsidir...

Bəzən bir aparıcı kimi sən hətta hansı anda dinləyicinin sənin səsinə daha çox səs verdiyini, hansı halda səsinin aldığını, hansı halda isə sənə arxa çevirib getdiyini hiss edirsən. Sən canlı efirə bağlanan dinləyicinin ilk sözündən onun fikrini oxuyub onun fikrindən tez öz cavabını hazır saxlayırsan...

Bəli, bəli, real olaraq bunu hiss edirsən - əgər efiri sadəcə aparmır, həm də yaşayırsansa... və bu, hər gün hər gün təkrar olunur. Gündə 5 saat canlı efir. Elə bilirsiniz zarafatdır?

Qətiyyən deyil. Amma efir səni zərrə qədər də yormur...

Dinləyicinin radioya sevgisi tamaşaçının televiziyaya sevgisindən milyon dəfə safdır, təmizdir, səmimidir. Niyə?

Çünki radioda dinləyicinin diqqətini çəkə biləcək başqa heç nə yoxdur. Nə dekorasiya, nə geyim, nə saç düzümü, nə gözəllik, nə çərçivədən çıxmış makiyaj - heç nə.

Dinləyici səni eşidir və öz eşitdiyi kimi cızır aparıcısının portretini.

Kiçik bir sirr deyim sizə:

Mikrofon qarşısında rəsmi geyimdə sən geniş kütlə ilə təmasa girə bilməzsən, mümkün deyil. Sən bu halda sadəcə efir bitənə kimi onu necəsə apara bilərsən. Bu halda bir saatlıq efir dinləyiciyə də, gələn qonağa da, elə aparıcıya da bir ömür qədər uzun və cansıxıcı gəlir. Dinləyici zatən çoxdan gedib. Efir "bircə bitsəydi” ilə başlayır və "axır ki bitdi” ilə nöqtələnir.

Radioda qeyri-səmimi ola bilməzsən, mümkün deyil. Auditoriya qəbul etməz səni.

Radio pozitiv, enerji dolu okeandır. Bir var dinləyici səni eşidir, bir də var dinləyir və sən onun sənə diqqət kəsildiyini hiss edirsən...

O anın hakimi sənsən. Dinləyici özü də bilmədən səndən aldığı enerji ilə yüklənir və ötürdüyün enerji bumeranq hissi ilə özünə qayıdır...

Radioaparıcı olmaq çox şərəfli və çox özəl bir işdir. Radioaparıcı olmaq hələ mikrofon qarşısına keçib onu açmaq deyil. Onu sevə bilmək və onun da səni sevməsinə nail ola bilməkdir... Bəli, mikrofon səni sevməlidir.

Hər sahə kimi burda da yanaşmalar fərqlidir. Bir var işini sevəsən, onunla nəfəs alasan, bir də var sadəcə ay sonu maaş üçün mikrofonu açasan, bağlayasan....

Mikrofonu ay sonu maaş almaq xətrinə açanlar okeanın sahilində var-gəl edənlərdir. Onlar cəsarət edib suya girə bilməzlər. Onların bu sahildə var-gəl etməsi alacaqları pulun miqdarına bağlıdır.

Mikrofonu sevdiyin üçün həvəslə, coşqu ilə açanlar isə okeanın nəhəngliyini, onu harda batırıb harda üzə çıxaracağını düşünmürlər belə. Bir də baxırsan ki, okean suları səni çoxdan ağuşuna alıb aparıb. Qarşılığında nə qazanırlar?

Sevginin maddi qarşılığı olmur - bilirsiniz. Bilmirsinizsə, bilin. Qazancın sevgindən zövq almağın, bir də sahildə olanların səni qınaması olur - "bu qazanca bu qədər iş?” - deyə..

Sən isə karsan, eşitmirsən, korsan, bütün bunları görmürsən. Hər gün sevginə qovuşmaq üçün can atırsan, onunla heç yorulmursan. Hər gün 5 saat canlı efir. Elə bilirsiniz asandır? Qətiyyən elə deyil. Amma işindir, sevirsən və görürsən...

Maddiyyata baxışın isə - Sevgili ilə yavan çörək belə sevgisiz yeyilən naz-nemətdən dadlı olur... -dan o tərəfə keçmir..

Bir sözlə, Səni sevirəm, RADİO! Sağ ol ki, sən də məni sevirsən.

Bu gün Beynəlxalq radio günüdür axı..

Günümüz mübarək, əziz dünya radioaparıcıları, əziz HƏMKARLAR!..

P.S. Gündə 5 saat canlı yayımda danışan adamın qısa danışma bacarığı olmur. Sağ olun, bura qədər oxumağa hövsələ etdinizsə. Etmədinizsə, yenə də sağ olun.




YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK