adalet.az header logo
  • Bakı 7°C
13 Fevral 2019 17:31
7298
GÜNDƏM
A- A+

Kahramanmaraşda Xocalı parkının və “Ana fəryadı” abidəsinin açılışı oldu

Türkiyənin Kahramanmaraş şəhərində Xocalı parkının və "Ana fəryadı” abidəsinin açılış mərasimi keçirilib.

Türkiyənin Kahramanmaraş şəhərində DAMM İB-nin Prezidenti, Xalq yazıçısı Çingiz Abdullayevin, DAMM İB-nin 1-ci vitse-prezidenti Rasim Məmmədovun Azərbaycanın adına hesablanmış böyük zəhməti və rəsmi müraciətləri, DAMM İB-nin Türkiyə təmsilçisi Tural Şahbazlının təşəbbüsləri sayəsində bu gün Türkiyənin Kahramanmaraş şəhərində Xocalı parkının və "Ana fəryadı” abidəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Türkiyə Prezidentinin rəsmi nümayəndələri, eləcə də yüksək rütbəli dövlət məmurları iştirak ediblər. TədbirdəKahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, Xalq artisti, "Şöhrət" ordenli Ramiz Quliyev, Milli Qəhrəman anası Gözəl Xasıyeva, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nın departamet sədrləri Fərid İsmayılzadə və Sadiq Hüseynov, DAMM İB-nin Türkiyə təmsilçisi Tural Şahbazlıvə başqaları iştirak ediblər.

Azərbaycan adına belə bir möhtəşəm tarixi hadisənin reallaşmasındakı xidmətlərinə görə Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç DAMM İB-nin təsis etdiyi "Əbədi lider" Qızıl döş nişanı və diplomla təltif edilib...

Açılış mərasimində çıxış edənlər Türkiyə Prezidenti cənab Ərdoğana və Azərbaycan Prezidenti cənab İlham Əliyevə iki ölkə arasındakı belə bir qardaşlıq və mehribanlıq şəraitinə görə dərin minnətdarlıqlarını ifadə ediblər...

Sonra parkın açılışı olub."Ana fəryadı” abidəsinin qırmızı lentini sayın Mehmet Erkoç və DAMM İB-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimkəsiblər...

Daha sonra qonaqların parkda gəzintisi olub və Xocalı şəhidlərinin ruhuna dualar oxunub.