Faiq QİSMƏTOĞLU: ANA SÜDÜ

FAİQ QİSMƏTOĞLU
44827 | 2019-02-13 17:08

Dünyadaana südünün yerini heç bir başqa bir şey verə bilməz. Səhv eləmirəmsə, "DədəQorqud” dastanında belə bir məıqam var: deyilir ki, ağır vəziyyətdə olan uşağıancaq ana südüylə dağ çiçəyinin qatışığından hazırlanmış məlhəm xilas eləyə bilər.Ölümcül halda olan uşağa bu məlhəmi hazırlayıb verirlər, o da qəbul edibsağalır...

İndi bumöcüzəli qidanın yerinə anadan olan uşaqlara min cür saxta yolla hazırlanmışqidalar verilir. Ancaq onların heç biri ana südünü əvəz eləyə bilməz. Anarın məşhurbir televiziya tamaşası var: "Evləri köndələn yar”. Tamaşada atası ölmüş oğlanadayısı toy eləyir. Və toyu aparan tamada Surxayzadə (xalq artisti Yaşar Nuri)çox adamların adını səhv salır. Gah deyir ki, bu uşağın atasının sağlığı olsun,gah da deyir ki, ona süd verən ana sağ olsun. Axırda da oğlanın dayısı bu qarma-qarışıqsöz-söhbətə narazılığını bildirir, qeyd edir ki, süd məsələsini çox açıbağartma. Uşaq ana südüylə deyil, "malış”la böyüyüb. Bunu eşidən Surxayzadəninuşaqlıq dostu Canik (xalq artisti İlham Əhmədov) dayısından təkrar-təkrarsoruşur:

- Canik,necə yəni malışla? Bəs ana südü əmməyib?

Oğlanındayısı əsəbləşir və deyir:

- Sənalimentlə böyüməmisən? O uşaq da malışla böyüyüb.

İndisözümüzün əsas canı ondan ibarətdir ki, dünyaya gələn körpələrin çoxuna anasüdü verilmir. Bunu südü olan ana da eləyir, südü olmayan da! Həkimlərsəbar-bar bağırıb deyirlər ki, ana südünün yerini heç bir qida verə bilməz.Xarici ölkələrdən gətirilən bahalı-bahalı uşaq qidaları hələ o demək deyil ki,körpələr onu yeyəndə ana südü kimi yaxşı olacaq və bu körpələrə əksər valideynlərxaricdən gətirilmiş və ölkəmizdə istehsal olunan uşaq qidalarını yedizdirirlər.

Məşhuruşaq həkimlərindən biri bildirir ki, bu qətiyyən düz deyil. Birincisi, ana südüəmənlə süni qida qəbul edən uşaqların arasında yerlə göy qədər fərq var.Ən azından 6 ay uşağa ana südü verilməlidir.Yoxsa bizim dünyaya körpə gətirən anaların 80-90 faizi 2-3 aylığında ana südünükəsirlər və onlara süni qidalar yedizdirirlər. Hansı ki, ana südüylə 6 aylığınaçatan uşağın immuniteti daha güclü olur, o sağlam böyüyür və hər hansı xəstəliyəqarşı möhkəm olur. Başqa sözlə demiş olsaq, bu cür uşaqlar ana südü qəbul etməyənuşaqlardan daha sağlam böyüyürlər. Amma bir həkim kimi onu deməliyəm ki, mənəmüraciət edən valideynlərin körpələrinin90 faizinin vəziyyəti ana südü qəbul etmədiyinəgörə, çox ağır olur. Müayinə zamanı da hiss edirəm ki, bu uşaqlar tez-tez xəstələnir,müxtəlif viruslara yoluxur və çox çətinliklə müalicə olunur. Həmişə də xanımlaradeyirəm ki, imkanınız ola-ola uşağa süd vermirsinizsə, siz ana deyilsiniz. Bəzigənc xanımlar bundan nəticə çıxarır, növbəti doğuşdan sonra uşağa ana südüverirlər. Bəziləri isə həkimin dediyi sözü bu qulağından alıb o biri qulağındanburaxır. Yəni altıda alımı olmur, beşdə də verimi. Və ayda iki dəfə də uşaq xəstələnir,mənim üstümə qaçırlar. Mən də bir həkim olaraq öz borcumu vicdanla yerinəyetirirəm. Deyirəm ki, mənim də qızım var, o da sizin kimi çox forslu, nazlıqızdır. Ancaq üzümü bozardandan sonra məcbur olub iki uşağın ikisinə də anasüdü verib və uşaqlar da normal böyüyüblər. Xüsusən Bakı şəhərində bəziqadınlar öz gözəlliklərini və formalarını saxlamaq üçün südü ola-ola uşağa anasüdü vermək istəmirlər. Onlar öz gözəlliklərini düşünür, amma dünyaya gətirdiklərikörpələrin sağlamlıqları haqqında qətiyyən fikirləşmirlər.

Məşhuruşaq həkiminin maraqlı söhbətindən sonra bir neçə yaxın qohumum olan və uşaqdünyaya gətirən doğmalarımla söhbət elədim. Məlum oldu ki, heç onlar dauşaqlarına iki aydan artıq süd verməyiblər. Ya deyiblər xəstəyəm, ya da deyiblərki, iş-güc başımı qatır, vaxt tapa bilmirəm. Bir sözlə, onlar da digər xanımlarkimi uşaqlara ana südü verməkdə tənbəllik eləyirdilər.

İndikisivilizasiya dövründə uşaqların sağlam böyüməsi üçün çox böyük problemləryaranıb. Bir tərəfdən bu problemi yeni texnika və texnologiya gətiribsə, digərtərəfdən bu çətinliyi süni qidalar yetişdirib. Belə bir mürəkkəb durumdauşaqların sağlam böyüməsi üçün onu dünyaya gətirən hər bir ananın çiyninə ağıryük düşür. Bu yükü anlayan da var, anlamayanlar da. Ancaq deyəsən, anlamayanlaranlayanlardan daha çoxdur.

Uşağıböyütmək, istədiyin formada tərbiyə etmək elə də asan deyildi. Birincisi hərbir valideyn Allahın ona bəxş etdiyi uşağı sağlam böyütməyə borcludur. İkincisidə onun tərbiyəli, ağıllı böyüməsi üçün hər bir valideyn müxtəlif çətinlikləridəf etməlidir. İlkin başlanğıc isə dünyaya gəlmiş körpələrə ana südü verilməsidir.Və bu ana südü elə tərbiyənin birinci mərhələsidir. Tərbiyə ilə sağlamlıq vəhdəttəşkil edir. Çünki ana südü əmən uşaq müəyyən müddətə qədər ona öyrəşir və dahadoğrusu, onu istəyir. Əgər körpənin istədiyini ana ona vermirsə, səhlənkarlıq,tənbəllik eləyirsə, bax, bu böyük qəbahət sayılmalıdır.

Əgərdünyaya gətirdiyiniz körpənin sağlam böyüməsini istəyirsinizsə, heç vaxt uşaqlaraana südü verməyi kəsməyin. İmkanınız ola-ola bunu etmirsinizsə, sonradan hər həftə,hər ay həkimlərin qəbuluna getməyə məcbur olacaqsınız. Üstəlik də immuniteti zəifolan bu körpələr qripə və eləcə də digər kəskin resperatur viruslara dahatez-tez yoluxacaqlar. Bu isə sizin və dünyaya gətirdiyiniz körpənin nə qədər əzab-əziyyətçəkməsinə gətirib çıxaracaq.

Yazımızınsonunda bir daha "Dədə Qorqud” dastanındakı məqamı xatırlatmaq istəyirik: anasüdü yeni dünyaya gəlmiş körpə üçün min bir dərdin dərmanıdır. Onu heç birxaricdən gətirilmiş və eləcə də ölkəmizdə istehsal olunan uşaq qidası əvəz eləyəbilməz. Ona görə də daşı ətəyinizdən töküb körpələrinizə ana südü verin!..


TƏQVİM / ARXİV