adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Fevral 2019 17:06
5835
MƏMLƏKƏT
A- A+

Şamaxıda püskürən vulkan iki evə ziyan vurdu

Bir necə gün əvvəl baş vermiş zəlzələnin təsirindən Şamaxı rayonunun Quşçu kəndinin yaxınlığında olan "Quşçu" (Şamaxıdan 20 km aralıda) vulkanın püskürməsi nəticəsində iki yaşayış evində çatlar əmələ gəlib.

Adalet.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

Onun sözlərinə görə, püskürmə zamanı evlərdə kiçik çatlar qeydə alınsa da, torpaq üzərində çatlar yaranmayıb.

A.Əliyev qeyd edib ki, püskürmə zamanı xəsarət alan olmayıb.

Püskürmə zamanı alovun da qeydə alınmadığını deyən alim qeyd edib ki, vulkan nəticəsində yer qatından çıxarılan palçıq və süxurlar 2 hektar sahəyə qədər yayılıb.

A.Əliyev əlavə edib ki, "Quşçu" kiçik vulkan olsa da, aktivdir: "Onun ilk püskürməsi 1913-cü ildə baş verib. "Quşçu”nun bundan əvvəlki püskürməsi 2018-ci ilin yanvar ayında qeydə alınlb. Bu püskürmə də daxil olmaqla, "Quşçu” vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Bu vulkan 1917, 1941, 1992-ci ildə ildə güclü püskürüb".