adalet.az header logo
  • Bakı 13°C
13 Fevral 2019 19:14
5420
HADİSƏ
A- A+

Bakıda maşın dirəyə çırpılıb, sərnişin ölüb

Yanvarın 12-də saat 22 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Qurbanov idarə etdiyi "Ravon” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bəticədə avtomobildəki sərnişin, paytaxt sakini B.İmanov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.