adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Fevral 2019 16:00
20235
MƏDƏNİYYƏT
A- A+

200-dən çox incəsənət nümayəndəsi müstəqil teatr üçün müraciət etdi


Ölkəmizin ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindən dolayı məkanını itirə bilər. Teatrın rəhbəri Elman Bədəlovun Adalet.aza verdiyi açıqlamaya görə, yaranmış problemlə bağlı 200-dən çox incəsənət nümayəndəsi mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edib.

Müraciətdə deyilir: "Cənab Nazir! ADO Teatrı ölkəmizdə artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində teatr, çoxlu sayda yerli və beynəlxalq layihələrdə uğurla iştirak edib. Hazırda isə, teatr Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb, icarə haqqını ödəməkdə çətinlik çəkir.

ADO teatrının məkan probleminin həll olunması istiqamətində müvafiq addımlar atmağınızı sizdən xahiş edirik. Hesab edirik ki, adı çəkilən teatrın fəaliyyətinin davam etməsi – Azərbaycanın müasir mədəniyyətinin formalaşmasında müsbət rol oynayacaq”.

Fəxrəddin Manafov, Ramiz Novruz, Afaq Bəşirqızı, Bəsti Cəfərova, Vidadi Həsənov, Gülzar Qurbanova, Bəhram Bağırzadə, Mehriban Ələkbərzadə, İlqar Cahangir, Taleh Yüzbəyov, Aqşin Yenisey, Qan Turalı, Aqşin Evrən, Mirmehdi Ağaoğlu, Pərviz Cəbrayıl, Ayxan Ayvaz, Zahir Əzəmət , Cəlil Cavanşir, İlqar Rəsul , Qəşəm Nəcəfzadə, Rəbiqə Nazimqızı və başqa tanınmış simalar müraciətə qoşulublar.