adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Fevral 2019 15:20
17744
MARAQLI
A- A+

Dala çəkilməkləmi irəli getmək olar?

İllər qabaq bir nəfər saat düzəltmişdi. Təbii ki saat düzəltməkdə qeyri-adi heç nə yoxdur. Qəribəsi odur ki, adam tərsinə,yəni dala gedən saat düzəltmişdi. O mahnıda necə deyir? "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim". O saatı düzəldən də yəqin hirsini, qisasını zamandan belə almışdı. Və yaxud da belə tərsinəliklər bəzən ixtira yox, xalqların minilliklərə dayanan vərdişləri də ola bilir. Məsələn, qonşu ölkələrin birində adamlar bizdən fərqlidirlər. Yəni "hə" işarəsi olaraq başlarını sağa-sola yelləyir, "yox" işarəsi olaraq isə aşağı-yuxarı. Başa düşmək olar, eybi yox. Bunu oxuyarkən evdə yoxlamayın, başınız itər. İndi də xəbər yayıldı ki, AMEA-nın alimləri tərsinə, yəni dala sürülən velosiped düzəldiblər. Əcəba bunu düzəltməkdə məqsəd nədir? Axı indiki zamanda bizə ancaq irəli getmək lazımdır. Yəni dala çəkilməkləmi irəli getmək olar? Alimlərimiz bu mesajımı verir?