adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Fevral 2019 12:05
15679
KRİMİNAL
A- A+

Hövsanda narkotacir 28 kq-dan artıq marixuana ilə saxlanıldı

Hövsanda narkotik alverçisi 28 kq-dan artıq marixuana ilə saxlanılıb.

DİN mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Əmirov 5 qramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan əlavə 5,5 qram marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq çəkisi 28,4 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.