adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Fevral 2019 00:11
4541
GÜNDƏM
A- A+

SEVİNC BƏXŞ ETMƏYİN QƏLB RAHATLIĞI

(əvvəli ötən sayımızda)

Qanıx çayının yatağını şimala--rayonun ərazisinə doğru dəyişməsi prosesinin qarşısının alınması məqsədilə tərəfimizdən Nazirlər Kabineti qarşısında qaldırılmış təklif əsasında çayda ümumilikdə 2445 p/metr məsafədə sahilbərkitmə işlərinin görülməsi nəzərdə tutulmuş, hesabat dövründə 330 p/metr məsafədə iş görülmüşdür və həmin işlər cari ildə də davam etdiriləcəkdir.
Ötən ildə heyvandarlıq məhsullarının istehsalının artırılması, mal-qaranın cins tərkibinin və yem bazasının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülmüş, 01 dekabr 2018-ci il vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 36888 baş, ana malın sayı 17697 baş, xırdabuynuzlu malın sayı 38527 baş olmuşdur. İl ərzində ət istehsalı 5048 ton, süd istehsalı 21,0 min ton, yumurta istehsalı 9,6 milyon ədəd, yun istehsalı 76,8 ton, bal istehsalı 94 ton olmuşdur. 2017-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6,0 % süd istehsalı 1,3 %, yumurta istehsalı 4,2 %, bal istehsalı 2,3 dəfə artmış, yun istehsalı isə eyni qalmışdır. Təhlillər göstərir ki, hesabat dövründə mal-qaranın baş sayı azalsa da, məhsul istehsalında artım müşahidə olunur. Bu da heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artması hesabına olmuşdur. Bal istehsalı üzrə göstəricinin kəskin artmasının səbəbi isə arı ailələrinin uçotunun dəqiqləşdirilməsi ilə bağlıdır. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Sərəncamının icrası ilə əlaqədar süni mayalanma yolu ilə doğulmuş 1219 buzova görə 1118 təsərrüfat sahibinə 121,9 min manat, "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Sərəncamının icrası ilə əlaqədar 879 arıçıya 24420 ədəd arı ailəsinə görə 244,2 min manat subsidiya hesablanmış və ödənilmişdir. Məlumat üçün bildirirəm ki, Balakən respublikanın ən çox arı ailələrinin saxlanıldığı rayonlarından biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarları ilə təsdiq edilmiş "Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası"na uyğun olaraq 2017-ci ildə tütün istehsalçılarının emal müəssisələrinə satdıqları yaş və quru tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 75 istehsalçıya 13,7 min manat, "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"na uyğun olaraq 4378,73 ha əkin sahəsinə görə 2652 istehsalçıya 249,2 min manat yardım hesablanmış və kart hesablarına köçürülməklə ödənilmişdir. 2018-ci ildə tütün əkmiş 66 istehsalçıya subsidiyanın verilməsi yaxın günlərdə təmin olunacaqdır. Beləliklə, ötən dövr ərzində rayon üzrə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçılarına pul ifadəsində göstərilən dövlət dəstəyi cəmi 619,1 min manat olmuşdur. Ötən dövrdə rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyət torpaqlarından istifadənin vəziyyəti mütəmadi olaraq öyrənilmiş, torpaqlardan təyinatı üzrə istifadə etməyənlərə ciddi xəbərdarlıq edilmişdir. Rayonda torpaq ehtiyatlarından istifadənin təşkil olunması, təyinatına uyğun istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilməli, Katex, Hənifə və Qullar kəndlərində vətəndaşlar tərəfindən örüş sahələrinin qeyri-qanuni zəbt olunması hallarına son qoyulmalıdır...
Yığıncaqda daha sonra vurğulanmışdır ki, rayonda meyvəçiliyin inkişafını stimullaşdırmaq, rəqabət qabiliyyətli və ixrac yönümlü yerli məhsulların xarici bazarlarda satışını təşviq etmək, xurma və ondan hazırlanan məhsulları nümayiş etdirmək üçün ötən ilin 27-28 oktyabr tarixlərində ikinci Beynəlxalq "Xurma" festivalı keçirilmişdir. Çoxlu sayda qonağın iştirak etdiyi festival milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, həmçinin rayonda istehsal olunan digər kənd təsərrüfatı məhsullarının təbliğində önəmli rol oynayır.
Hesabat ilində rayonun Talalar kənd sakini Cumayev İmran Ələkbər oğlu kənd təsərrüfatının inkişafında xidmətləri olan fermer kimi ölkə Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Cənab Prezidentin İmran Cumayevin şəxsində bütün balakənlilərin əməyinə verdiyi qiymət olan bu mükafat yığıncağın sonunda sahibinə təqdim olunacaqdır.
2018-ci ildə Balakən 2 saylı regional "ABAD" Mərkəzi ilə əməkdaşlıq edən ailələrin sayı artırılaraq 24-ə çatdırılmışdır. Onlardan 13-ü qida istehsalı, 11-i isə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərir.
Ötən müddət ərzində "ABAD"-çılar tərəfindən 3 növ pendir, 2 növ kolbasa, 21 növ mürəbbə-cem məhsullarının istehsalı təşkil edilərək Bakı şəhərində iri marketlərdə satışa çıxarılmış, həmçinin, "Balxurma" MMC ilə bağlanmış müqaviləyə əsasən şirkətin istehsal etdiyi xurma məhsullarının satışına dəstək göstərilmişdir. 2018-ci ildə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmiş, şəhərdə 23 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işləri aparılmışdır. Ötən dövr ərzində respublika və yerli əhəmiyyətli avtomobil yollarında asfalt-beton qarışığı ilə 5858 m2, qum-çınqıl qarışığı ilə 316,4 min m2 sahədə təmir işləri aparılmışdır. Şəhərin 15 küçəsində 34000 kvadrat metr sahədə asfalt örtüyü çəkilmiş, 18 küçədə 2100 kvadrat metr sahədə çala təmiri işləri görülmüşdür.
"Heydər parkı"nda 2600 kvadrat metr ərazidə tamet tava, 226 ədəd işıq dirəyi və gecə işıqlandırılması lampaları dəyişdirilmiş, 2200 p/metr su xətti təmir olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə iki ədəd kommunal təyinatlı texnika, 78 ədəd zibil konteyneri və 22 park tipli zibil qutusu alınaraq kommunal müəssisələri kombinatı MMC-yə təhvil verilmişdir. Bu da öz növbəsində şəhərin ərazisinin təmiz saxlanılmasına öz müsbət təsirini göstərəcəkdir.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ