adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ŞİNELİ BARIT QOXULU POLKOVNİK

ƏBÜLFƏT MƏDƏTOĞLU
67162 | 2019-02-14 10:20

Neçəgündür ki, xatirələrdən qopub ayrıla bilmirəm. Bizim təsadüfi görüşümüz əlimdən-ətəyimdən tutub çəkibapardı məni Ağdama, Füzuliyə - topların, mərmilərin, qradların susmadığı yerə.Və mən bir də onda ayılıb gördüm ki, 1992-ci ildi, Ağdamdayam. Hər tərəfdəinsanlar qaynaşır. Həyat bu mərmi yağışının altında hər gün alovlanan müharibəniniçərisində davam edir. Gərginlik, narahatlıq açıq-aşkar duyulsa da, amma insanlarıniçərisində ümid şamı yanır. Onlar inanırlar, elə mən də inanıram. Bilirəm ki,biz haqlıyıq, biz torpağımızı qoruyuruq və məqsədimiz düşmənin yandırdığı evlərin,güllələrin tuş gətirdiyi övladlarımızın qisasını almaq, haqqımızı bərpa etməkdir.Axı biz öz evimizdə, öz torpağımızda, öz vətənimizdə düşmən nişangahınaçevrilmişik. Ona görə də bizim səsimiz də, haqqımız da, tələbimiz də, həttasilaha sarılmağımız da Tanrının bizə verdiyi haqdı. Özü də halal haqq!


Bəli,onda 1992-ci il idi. Ağdam da yerində idi, Füzuli də, elə Dağlıq Qarabağın ətrafındakıdigər rayonlarımız da. Və belə bir məqamda şəhərə xəbər yayıldı: daxiliqoşunların xüsusi batalyonu artıq Qarabağdadı – Ağdamdadı. Mən həm qarabağlı, həmdə bir jurnalist və cəbhə müxbiri olaraq dərhal daxili qoşunların adı səslənəndəstəsinin yerləşdiyi əraziyə gəldim, özümü təqdim etdim. Cavan bir oğlanla,gözlərindən od tökülən, hərəkətlərindən cəsarət yağan, səsindən isə qətiyyətduyulan bir zabitlə həmsöhbət oldum. Və...


Beləcə,başladı bizim tanışlığımız. Səngərdə, topun-tüfəngin altında barıt qoxulu butanışlıq yavaş-yavaş canımıza, qanımıza hopdu, bizi doğmalaşdırdı,dostlaşdırdı. Həmin tarixdən bu günə kimi biz bir yerdəyik- bir-birimizin ürəyindəruhunda, yaddaşında və təbii ki, həm də söz-söhbətimizdə...

Haşiyə:Barəsində danışdığım polkovnik Məmməd Teymurşah oğlu Hacıyev Quba rayonununAlpan kəndində doğulub. 1965-ci ildə dünyaya gələn Məmməd 3 bacının və birqardaşın təmsil olunduğu ailədə say baxımından ikinci oğul olsa da, o, özünün həyatyolu ilə sadə bir ailəni bütün Azərbaycana tanıtdı. Atanın, ananın ən böyük istəyiböyütdüyü övladın fərli-fərasətli olması, sağlamlığı və bir də nəsilə aidolduğu məkana şərəf-şöhrət gətirməsidi. Ailənihər yerdə üzüağ, alnıaçıq, ləyaqətlə təmsil edən övlad olmasıdı. Bax, bumənada Hacıyevlərin duaları, istəkləri Allah tərəfindən eşidildi, qəbul olundu.Çünki Azərbaycanın ən ağır günlərində səngərdə olan bir zabit, bir sərkərdəkimi sözünü deməyi bacaran oğulların sırasında Məmməd Hacıyev də var idi. O MəmmədHacıyev ki...

Bəli,Ağdamda Qarabağ hadisələrinin hər gün kəskinləşən,hər gün rəngi tündləşən gərginlik yaşanırdı. Açıq-aşkar görünürdü ki,havadarları olan ermənilər getdikcəazğınlaşırlar və onlar sərhəd boyu kəndləri güllə yağışına qərq etməkdən çəkinmirlər.Bax, həmin gün Ağdamın Papravənd kəndi istiqamətində ağır döyüşlər gedirdi. MəmmədHacıyevin dəstəsi kəndin qorunması üçün səngərə tələsmişdi. Bu çevik, buhazırlıqlı uşaqların düşmənə ilk əks həmləsiartıq öz sözünü dedi. Qarşı tərəf başa düşdü ki, daxili qoşunların əsgərlərilə,döyüşçülərilə "zarafat” etmək olmaz. Çünki onların atdığı hər güllə hədəfə dəyir.Həmin gün bir neçə saat davam edən döyüşdə düşmən öz yerində oturdulsa da,daxili qoşunlar da itki verdi. Və mən...


Başleytenant, bölük komandiri Robert Səfərəliyevin nəşini qolları üstünə götürübsinəsinə sıxaraq hönkür-hönkür ağlayan və onun qanını yerdə qoymayacağına andiçən Məmməd Hacıyevin, eləcə də digər döyüş dostlarının yaşadığı bu məqamı bugünə qədər unutmamışam. Həmin günün baş verdiyi tarixdən hardasa 27 ilə yaxınvaxt keçib. Amma nə o döyüş, nə də orda yaşananlar və eləcə də baş leytenantRobert Səfərəliyevi unutmuram və unutmağa da haqqım yoxdur...

Qarabağmüharibəsinin tarixində elə bir məqam var ki, onu heç kim unuda bilməyəcəkdi. Həttaunutmaq istəsə də bacarmayacaq. Çünki həmin tarix Azərbaycanın müharibətarixinin, müharibə səlnaməsinin ilk Zəfər səhifəsidir. Özü də bu Zəfər səhifəsininadı Horadiz döyüşüdü. Məhz həmin döyüşlə Azərbaycan ordusu düşməni məhv etməyəqadir olduğunu öncə düşmənin özünə, sonra da dünyaya göstərdi. Hamı bildi vəgördü ki, Azərbaycan əsgərilə ermənilər heç vaxt qarşılaşa bilməzlər. Amma nəyazıqlar ki, Azərbaycan əsgəri təkcə ermənilərlə yox, həm də onlarınarxasındakı böyük-böyük güclərlə döyüşürdü və bu gün də belədir. Amma tarixtarixliyində qalır. O Zəfər döyüşünün tarixi də yaddaşlardan silinməyib. Həmindöyüşün şahidi kimi gedirəm səngərə tərəf...


Bəli,1992-ci ildən Horadiz döyüşləri ərəfəsinə qədər Ağdam istiqamətində mövqe tutandaxili qoşunların batalyonu Məmməd Hacıyevin komandanlığı altında Füzuli bölgəsinəgöndərildi. Bu istiqamətdə daxili qoşunların komandanı, mərhum generalımız, həyatdaşəxsən tanıdığım və təbii ki, səngərdə tanış olduğum Ramiz Xosrov oğlu Məmmədovunrəhbərliyi altında əks hücum planı işləndi. Ona görə də bu istiqamətə əlavəqüvvələr cəlb olunmuşdu. Həmin vaxt daxili qoşunların Ağdam polku kimi tanınanhissəyə komandanlıq edən Məmməd Hacıyevin tabeliyinə qaçqın rayonların polisşöbələrinin şəxsi heyəti də verilmişdi. Ərazini yaxşı tanıyan Füzuli, Xocavənd,Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın polis şöbələrinin bütün heyəti hər andöyüş əmrini gözləyirdi. İndiki kimi xatırlayıram, o şöbələrin rəislərini də,döyüşən oğullarını da. Yaddaşıma yazılıbadları: Binnət Məmmədovun, Sahib Həsənovun, Vaqif Məhərrəmovun, Səhiyyəddin Səfərovun,Faiq Kərimovun, Akif Səlimovun, Sadiq Mədətovun... Onların komandiri isə MəmmədHacıyev idi. Bütövlükdə daxili qoşunların bu döyüşən oğullara komandanlığı da məhzgeneral Ramiz Məmmədov edirdi...

Haşiyə:1992-ci il idi. Zəngilanda, hadisələrin qızğın məqamında qarşılaşdım onunla.Daxili qoşunların bir bölüyünə rəhbərlik edirdi. Və bu cavan oğlanın adı da ovaxtdan yaddaşıma yazılmışdı. Çox maraqlı və cəlbedici adı var idi – Şövqi! Bugünə qədər də o ad mənə doğma olubdu. Və təsəvvürünüzə gətirin ki, son 15-16ildə onunla qarşılaşmamışdım. Ötən həftəki təsadüfi görüşümüzün bir iştirakçısıda o oldu – Şövqi Ağamir oğlu Seyidov! Məhz həmin tarixdə Ermənistanla həmsərhədolan, daha çox Qafandan hücumlara məruz qalan kəndlərimizin qorunmasında, onunuşaqlarının da haqqı, əməyi böyük oldu. Bu da bir tarix səhifəsinə çevrildi və...

1994-cüilin yanvar ayının 4-ü. Füzuli bölgəsində bir gərginlik, bir narahatlıqyaşanır. Yerli sakinlər hərbçilərin davranışından nələrsə baş verəcəyini hissedirlər, amma heç kim heç nə demir. Necə deyərlər, hərbçilər öz işlərilə məşğuldular.Yalnız ertəsi gün məlum olur ki, bu narahatçılıq əks hücümün ilk qığılcımları,ilk işartılarıymış. Çünki Azərbaycan ordusu həmin əks hücumla Horadiz şəhərini,eləcə də Füzuli rayonunun 22 yaşayış məntəqəsini düşmənin işğalından azad etdi.Bu döyüşün təkcə xatirəsini danışmaq, baş verənləri, cərəyan edən hadisələridilə gətirmək özü qürurverici olduğu qədər də kədərlidi. Çünki...

Düşməninnecə qaçdığını izləmək adama həqiqətən qürur verir. Özündən asılı olmadan sən dəonun ardınca qaçıb cəzalandırmaq istəyirsən. Bu döyüşdə düşmənin kimliyini görə-görədüşünürsən ki, bu qədər qorxaq olanların arxasında dayananlar nə qədər rəzildilər.Axı başqasının torpağına göz dikmək, evinə, ocağına od vurmaq, haram qatmaqinsanlığa yaraşmayan, ümumiyyətlə, bəşəriyyətə ləkə olan bir hərəkətdir. Təəssüfki, düşmənlərimiz və onların havadarları bu şərəfsizliyi boyunlarına götürüblər...

Horadizistiqamətində gedən döyüş zamanı daxili qoşunların göstərdiyi rəşadət sözün həqiqimənasında bir əfsanədi, bir dastandı. Mən özüm bu döyüşçülərin hər birinin qələbədəhaqqı olduğuna şahidəm və mən özüm gördüm ki, daxili qoşunların əsgər və zabitləriözlərini vətənə qurban deyiblər. Bu qurbanlar şəhidlik zirvəsini özlərinə məram, məqsəd seçməklə yanaşı, qisasalmağı əminliklə qərarlaşdırıblar. Həmin döyüş vaxtı Məmməd Hacıyevin əsgərləri öz qəhrəmanlıqlarının davamlıolacağına bir ümid işığı da yandırdılar. Yeri gəlmişkən, qeyd edim ki, məhzikinci Zəfər döyüşü də Füzuli istiqamətində, Lələtəpə yüksəkliyində oldu. SankiHoradiz zəfərinin ikinci səhifəsi yazıldı.

Döyüşgündəliyimi vərəqlədikcə yadıma həmin günlərdə yazdığım misralar düşür.

Yadındasaxlama...

Mənimölçülərimi

Yadındasaxlamağın -

Lüzumuyoxdu vallah...


Şəhidlikhaqq dərgahı,

Haqqauca olanlara

Kəfənyox, mələk donu –

Göydəbiçibdi Allah!

Haşiyə:Mənim döyüş dostum Məmməd Hacıyev orta məktəbi bitirəndən sonra Kazan TankQoşunları Hərbi Ali Komandanlıq məktəbində1983-1987-ci illərdə təhsil alıb. Sonra göndərişlə Polşadakı Sovet ordusundadavam etdiribdi. 1992-ci ilin məzuniyyəti zamanı vətənin dar gününü canında,qanında hiss edən Məmməd Hacıyev xidməti yerinə qayıtmayıb, sovet ordusundaxidmətdən imtina edib. Və onun müraciətininəzərə alan Daxili İşlər Nazirliyi bu qeyrətli vətən oğlunu, bu həqiqi hərbitəhsilli zabiti daxili qoşunlarda xidmətə qəbul edib. Həmin tarixdən də MəmmədHacıyevin döyüş yolu başlayıb. Çox qürurvericidir ki, polkovnik MəmmədHacıyevin oğlanları Zaur və Ramil də hüquq-mühafizə orqanlarında xidmət edir.Polis mayoru Zaur və polis kapitanı Ramil Hacıyevlər bu torpağın layiqlidöyüşçüsünün, sərkərdəsini övladları kimi öz üzərlərinə düşən vəzifəni şərəfləyerinə yetirirlər.

Xatirələrindiliylə

MəmmədHacıyevi xidmət etdiyi Qarabağ bölgəsində hər kəs yaxşı tanıyır. Bu istiqanlı,şən, bir az da adamlara qaynayıb qarışmaq bacarığı olan polis polkovniki sankielə Qarabağda doğulub. Ona görə ki, o bir zabitkimi, bir döyüşçü kimi bu coğrafiyanın hər bir dağına, daşına, dərəsinə,düzünə bələddir. Ölkənin sayılıb-seçilən ağsaqqallarını, cavanlarını yaxşıtanıyır. Bu səbəbdən də onu həmin bölgənin adamlarının xeyir-şər məclislərindəgörəndə heç kim təəccüblənmir, əksinə, səmimi şəkildə yaxınlaşıb hal-əhvaltuturlar, qonaq dəvət edirlər. Çünki Məmmədi burda hər kəs öz ailəsinin üzvü,öz doğması sayır. İstər Ağdamda Fred Asifin doğmaları, xüsusilə Ədalət, o cümlədənMilli Qəhrəman Allahverdi Bağırovun əzizləri, eləcə də Füzulidə NəbiMuxtarovdan tutmuş Süleyman İsmayılovdan, Faiq Qismətoğludan, rəhmətlikSöhbət Səfərlidən belə Xocavənddə Zeynal Şükürov, Eyvaz Hüseynov və digərləri dədaxil olmaqla hər kəs Məmməd Hacıyevi öz doğması bilir. Və bu doğmalıq, bu səmimiyyətdə illərin sınağından çıxdığına görə, bu gün də davam edir. Elə bu məqamda onuda əlavə edim ki, millət vəkili, yazıçı-publisist Aqil Abbasın ssenarisi əsasındaçəkilmiş "Dolu” filminin hərbi məsləhətçilərindən biri də məhz MəmmədHacıyevdir.

Bəli, ötənhəftənin istirahət günü zəngləşdik, görüşdük və əl-ələ tutub Məmmədlə, Şövqüyləbirlikdə Qarabağa getdik. Getdik ki, keçdiyimiz döyüş yolunu, izimiz qalan səngərləribirlikdə gəzib dolaşaq... Getdik ki, bu xidmətlərə görə Ulu Öndərimizin Azərbaycanınən böyük mükafatlarından biri olan "Azərbaycan bayrağı” ordeninə, "Hərbi xidmətəgörə” medalına, Ali Baş Komandanımız cənab İlham Əliyevin "Vətən uğrunda”medalına layiq gördüyü, DaxiliQoşunlarda Hərbi Şuranın katibi olan polkovnik Məmməd Hacıyevin şəhidsilahdaşlarının ruhlarını yad edək,xatirələrini yaddaşımızda təzələyək və onlara deyək ki, Ali Baş Komandanın əmrivə daxili qoşunlar komandanın tapşırığı ilə hər an silaha sarılmağa hazırıq.

P.S. Mənbu yazımla əslində təzə heç nə demədim və yeni bir tarix də açmadım. Sadəcə,bir döyüş dostumun, eləcə də bu döyüş dostumun döyüş yolunu yaddaşımda təzələdim.Üst-üstə 8 il Ağdam-Füzuli cəbhəsində xidmət edən polkovnik Məmməd Hacıyevinkimliyini diqqətə çatdırdım. İstədim ki, onu tanımayanlar tanısınlar,tanıyanlar da yenidən həmsöhbət olsunlar. Axı biz unutmağa meylliyik.Unuda-unuda da özümüzdən uzaqlaşırıq. Qarabağımızın işğal səbəblərindən biri dəözümüzdən uzaqlaşmağımızdı. Gəlin, bir-birizmizə diqqətli və sayğılı olaq,bir-birimizin haqqına dəyər verək. Yəni dəyər verək ki, gələcək də bizi dəyərləndirsin.Qarabağda görüşmək ümidilə bütün döyüş və səngər dostlarımın qarşısında baş əyirəm.


TƏQVİM / ARXİV