adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Fevral 2019 17:49
8280
MƏMLƏKƏT
A- A+

“EcoArt” layihəsi başlayıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə XI qrant müsabiqəsinin qalibi Aytac Məmmədovanın "EcoArt” adlı fərdi layihəsi başlayıb. Həmçinin layihənin təşkilati tərəfdaşı qismində "İrəli” İctimai Birliyi çıxış edir.

Layihənin əsas məqsədi dünyada və Azərbaycanda aktual ekoloji problemlərdən olan tullantıların törətdiyi fəsadlara cəmiyyətin diqqətini cəlb etmək, ekoloji incənətlə bağlı gəncləri maarifləndirməq, plastik və kağız tullantılardan yararlı istifadə etmənin mümkün yollarını gənclərə aşılamaq və oriqami incəsənətini gənclər arasında təbliğ etməkdir.

Layihənin ilk günündə "Plastik və kağız tullantıların təbiətə vurduğu fəsadlar və bu fəsadların törədilməsində insan amili” və "Ekoloji incəsənətin ekoloji problemlərin həllində rolu və dünya təcrübəsində istifadə olunan ekoloji incəsənət metodları” mövzularında təlimlər keçirilib. Günün ikinci hissəsində iştirakçılar arasında ekoloji mözvuda oyunlar baş tutub.

Layihənin 2-ci günündə ilkin olaraq oriqami incəsənəti mövzusunda layihə iştirakçılarına məlumat verilib və daha sonra iştirakçılar komandalara bölünərək oriqamilər hazırlayıblar.

Qeyd edək ki, "EcoArt” layihəsində 4 gün ərzində iştirakçılar həm nəzəri şəkildə plastik və kağız tullantıların ekologiyaya vurduğu fəsadlarla bağlı maariflənəcək, həm də praktiki olaraq ekoloji incəsənət vasitəsilə problemin həll yolları ilə tanış olacaqlar.