adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Fevral 2019 17:36
14609
KRİMİNAL
A- A+

Lənkəran sakinində narkotik vasitə aşkarlanıb

Lənkəran sakinində narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Girdəni kənd sakini P.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun iş yerindəki anbardan gizlətdiyi əlavə 4 kiloqram 750 qram marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.