adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Fevral 2019 17:19
12175
SİYASƏT
A- A+

Şərif Ağayar: “Ermənistan alçaldıcı sülh təklif edir”

Tanınmış yazıçı Şərif Ağayar bu yaxınlarda müsahibə verib. Həmin müsahibədə Azərbaycan və Ermənistanın sülh məsələsi haqda fikirlərini bölüşüb:

"Bir yazıçı heç vaxt müharibə arzulaya bilməz. Amma elə məsələlər var ki, orada yazıçının münasibəti əhəmiyyət daşımır. Mənim nə düşünməyim önəmli deyil. Tarixin min yol təcrübədə yaşanmış gerçəkləri var. Əgər torpağını itirən bir ölkə sülhə gedirsə, bunun adı alçaldıcı sülhdür. Biz BMT-nin tanıdığı sərhədlərə qədər müharibə etsək, bunun adı ədalətli müharibədir. Ermənistan adlanan ölkənin ərazisinə keçsək, bunun adı ədalətsiz müharibə olacaq. Lakin Antarktidadakı pinqvinlər də bilir ki, Ermənistan Azərbaycan ərazilərinə soxulub, ədalətsiz müharibə aparır və alçaldıcı sülh təklif edir. Mən öz vətənimə alçaldıcı sülh arzulamıram. Müharibə də istəmirəm. Çıxış yolu deyirsiniz? Bilmirəm. Bu yolu bizə tanıdan varsa, niyə də getməyək?”