adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Fevral 2019 18:29
16800
ƏDƏBİYYAT
A- A+

“Ustad” dərgisinin 25-ci sayı işıq üzü görüb

"Hədəf” Nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi "Ustad”ın 25-ci sayı işıq üzü görüb.

Redaksiyadan verilən məlumata görə, olan jurnalın budəfəki sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.

Dərgi baş redaktor Şəmil Sadiqin "Sən türk kişisisən” adlı məqaləsi ilə başlayır. Müşfiq Xanın "Meybaz”, Səbuhi Şahmursoyun "Dördüncü qayda” hekayələri dərc olunub. Əbdurrəhman əş-Şərkavinin "Yayda ovlanan göyərçinlər”, Cek Londonun "Həyatın qanunu” hekayələri isə müvafiq olaraq Xəyalə Murad və Ülvi Həsənlinin tərcüməsində oxuculara təqdim edilib.

Xanım Anelanın "Yadlıq” hekayəsi, "Bərbad yaradıcılar: Səbəbsiz yazmağa çalışan aktyorlar” xronikası, Rövşən Danyerinin "Təxəyyül” pyesi də jurnala rənq qatan mətnlər arasındadır.

Amaliya Ömərovanın "150 illiyin qutlu olsun, müəllim” Nicat Həşimzadənin "Tale hökmünün qaçılmazlığı”, Ülviyyə Tahirin "Ədəbiyyatda zamansızlıq” esseləri, Xəyalə Muradın "Vinni-Pux”un əsirləri və ya Kristofer Robinin memuarı” aradırması, Aybəniz Həsənovanın "Modiano qadınlar barədə necə roman yazıb?” resenziyası dərginin əsas hissəsini təşkil edir.

"Oxucu rəyləri” bölməsində Cavid Manaflının "Şeyxzamanlının "Difai”si” və Tahirə Bədəlovadanın "Qələm əhli vətəndaş olanda sevilər” qeydləri yer alıb.

Bundan əlavə, kino və sənət haqqında yazılar - Nuranə Abbasovadan "Qarabağ müharibəsi haqqında çəkilmiş 10 ən uğurlu film” xronikası, Ceylan Mumoğludan "Qadının üç yaş dövrü” essesi dərgidə yer alıb.

Poeziya bölməsində Xanəmir Telmanoğlunun eksperimental nümunələrdən ibarət silsilə şeirləri çap olunub.

"Ən səmərəli addım Xocalının işğaldan azad olunmasıdır” adlı sorğunu isə Cavid Qədir hazırlayıb.

Sorğuda musiqiçi, naşir, publisist Rasim Müzəffərli, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, jurnalist Şamil Sabiroğlu iştirak ediblər.

Dərginin budəfəki üz qabığında bu yaxınlarda Rotterdam Kino Festivalının əsas mükafatını qazanan Azərbaycan filmi "Mövsümün sonu”nun posterindən istifadə olunub.