adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Fevral 2019 16:59
3388
HADİSƏ
A- A+

Söyün Sadıqov həbs olunub

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlılarınkeçmiş tanınmışdiaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Adalet.az-ın "Report”a istinadən məlumata görə, S. Sadıqov "reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspor rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb. 2012 -2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.