adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Fevral 2019 16:27
9376
SİYASƏT
A- A+

Bakı Meriyası “Qarabağ mitinqi”nə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Bununla bağlı Komitəsinin üzvü Taleh Əliyev BŞİH-nə dəvət olunub və ona rəsmi cavab təqdim olunub.

Cavabda Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilmədiyi bildirilib.

Qeyd olunub ki, BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib və bununla bağlı təşkilatçılaraməlumat verilib.