adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Fevral 2019 16:23
5634
GÜNDƏM
A- A+

TƏBRİK

Azərbaycan Respublikası Vergilər naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri Mikayıl Cabbarov cənablarına

Cənab Nazir!

Sizi və rəhbərlik etdiyiniz Respublika Vergilər Nazirliyinin bütün kollektivini peşə bayramınız günü münasibətilə ürəkdən təbrik edirik. Sizə dövlətimiz namizə gördüyünüz bütün işlərinizdə uğurlar diləyirik.

Hörmətli Mikayıl müəllim!

Biz bilirik ki, bu gün Sizin rəhbərliyiniz altında ölkənin vergi sistemində xeyli uğurlu yeniliklərə imza atılır. Vətəndaşların, özəl şirkətlərin, iş adamlarının hüquqları qorunur, şəffaflıq təmin edilir. Ölkə büdcəsinə əvəlki illərdən daha çox vəsait daxil edilir. Azərbaycan prezidenti cənab İlham Əliyev cənablarının tapşırıqları və tələbləri daha çevik və yüksək səviyyədə icra olunur. Bütün bu işlərdə də məqsəd Azərbaycan insanına xidmətdir.

Cənab Nazir!

Bu gün ölkəmizdə həyata keçirilən uğurlu vergi islahatlarının hər bir nailiyyəti təbii ki, ölkə rəhbərliyinin Sizin qarşınızda qoyduğu tələblərin bəhrəsidir. Biz inanırıq ki, bundan sonra da vergi sistemimizdə şəffaflıq təmin olunacaq və dünyaya intiqrasiya edən Azərbaycan vergi sistemi büdcəmizin formalaşmasında, əhalimizin sosial rifahının yaxşılaşdırılmasında öz sözünü deyəcəkdir. Bir daha Sizi və bütün vergi işçilərini peşə bayramınız münasibətilə ürəkdən təbrik edirik.

Hörmətlə:

Millət vəkili Aqil Abbas və "Ədalət” qəzetinin kollektivi