adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Fevral 2019 12:13
12825
SİYASƏT
A- A+

Spiker Zahid Orucu təbrik etdi

Milli Məclisin bugünkü iclası öz işinə başlayıb.

Adalet.az -ın məlumatına görə, parlamentin iclasının gündəliyinə 32 məsələ daxildir.

Spiker Oqtay Əsədov, Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binali Yıldırıma minnətdarlıq edib.

Buna səbəb isə TBMM Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikkələri buraxmasıdır.

Oqtay Əsədov deputat Zahid Orucu Prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri təyin olunması münasibətilə də təbrik edib.