adalet.az header logo
  • Bakı 21°C
12 Fevral 2019 13:15
14566
DÜNYA
A- A+

İranda polisləri öldürən 9 nəfər həbs olunub

2 həftə əvvəl İranın Xuzistan əyalətinin Mahşəhr kəndində biri əsgər, 2-si polis olmaqla təhlükəsizlik qüvvələrinin üç əməkdaşının öldürülməsi ilə əlaqədar aparılan istintaq nəticəsində 9 şübhəli həbs olunub.

Adalet.az xəbər verir ki, bu barədə Xuzistan əyalətinin polis rəisi Heydər Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, cinayətdə şübhəli bilinən 9 nəfərlə yanaşı, hücum zamanı istifadə olunan 2 silah və bir mikroavtobus da sübut kimi ələ keçirilib.