adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Fevral 2019 00:21
3967
GÜNDƏM
A- A+

ÇİN TÜRKİYƏYƏ ETİRAZ ETDİ

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi tanınmış uyğur şairi Əbdürrəhim Heytin guya həbsxanada ölməsi ilə bağlı Türkiyədə gəzən xəbərləri təkzib edərək bildirib ki, şair sağ və salamatdı.
Türkiyə XİN-in Çində 8 il həbs cəzasına məhkum edilmiş uyğur şairi Əbdürrəhim Heytin ölümü ilə bağlı bəyanatla çıxış edərək bildirib ki, son iki ildə bu ölkədə etnik uyğurlara və digər müsəlman xalqlarına qarşı təzyiqlər artmaqda davam edir.
Bu bəyanata cavab olaraq Çin tərəfi bildirib ki, Əbdürrəhim Heyt milli təhlükəsizliyi nüfuzdan salmaqda günahlandırılaraq həbs edilib. Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Hami Aksoyun "Çin etnik uyğurların hüquqlarına hörmətlə yanaşmalı, onların girov saxlandığı əsir düşərgələrinin bağlanması ilə bağlı" bəyanatına Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Xua Çun etiraz edib. O bildirib ki, "biz Türkiyə XİN-in rəsmi nümayəndəsinin bəyanatına diqqət yetirərək qeyd edirik bu cür bəyanat ciddi sayıla biliməz".
Vəziyyəti izah etməyə çalışan XİN nümayəndəsi qeyd edib ki, uyğurların guya Sinçzyanda yerləşən "konslagerlərdə" saxlanması heç nəylə sübut olunmur və həqiqətə uyğun deyil.
Çin hökuməti bildirir ki, adı çəkilən rayonda ümumi danışıq dilinin öyrədilməsi üçün "peşəkar texniki bilik" verən müəssisə yaradılıb. Bu mərkəz-müəssisələrdə terrorizmə və ekstremizmə qarşı müqavimətin gücləndirilməsi məsələləri öyrədilir.