adalet.az header logo
  • Bakı 21°C
12 Fevral 2019 10:18
4216
GÜNDƏM
A- A+

Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanda yeni hərbi attaşesini təyin edib.

Adalet.az-ın məlumatına görə, bu vəzifədə Türkiyə Baş Qərargahının İnspeksiya və qiymətləndirmə bölməsinin rəis müavini İsmayıl Hakkı Köseali çalışacaq.

Ərdoğanın sərəncamına əsasən, Türkiyə Silahlı Qüvvələri hərbi bölmələrinə də bir sıra komandanlar - general və admirallar təyin edilib.