adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Yanvar 2019 17:55
16452
MƏDƏNİYYƏT
A- A+

“Kənd gənclərinin aqrar sferada sahibkarlıq fəaliyyəti” adlı layihə keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Şəki rayonunda "Yaradıcı gənclər” ictimai birliyi tərəfindən 21 – 24 yanvar tarixlərində "Kənd gənclərinin aqrar sferada sahibkarlıq fəaliyyəti” adlı layihə keçirildi. 

Təlimlər formatında keçirilən layihə Şəkinin bir neçə kəndinin gənclərinin əhatə edirdi. Layihədə kəndlərdən ümumilikdə 100 gənc iştirak edirdi. Təlimlərdə gənclərə biznes, sahibkarlıq, kəndlərdə sahibkarlıq fəaliyyətinin aparılması, kənd təsərrüfatına verilən güzəştlər və s. haqqında məlumatlar verildi. Layihədən bilavasitə 300 - 500 nəfər gənc faydalandı. Təlimlərin sonunda iştirakçılara sertifikat verildi.