adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Fevral 2019 14:55
6116
GÜNDƏM
A- A+

Vergi müfəttişləri - Büdcənin formalaşmasında onların rolu artır

Bu gün- 11 fevral vergi işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyev 1 fevral 2015-ci ildə vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıliqtisadi siyasətin həyatakeçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında Vergi xidməti orqanlarının rolu artır. Bu xidmət ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar, bu münasibətlərin tənzimlənməsində və dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında vergilərin rolunun artması ilə bağlı olaraq, yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Respublika Maliyyə Nazirliyinin tərkibində yaradılıb.

Sonradan, 1991-ci ilin oktyabrında Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb.

Azərbaycan Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılıb.


Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov deyir ki, ötən il cəmiyyətin inkişaf amili ilə şərtləndirilən və aparıcı dünya təcrübəsi ilə uzlaşdırılan yeni vergi sisteminə keçid istiqamətində ciddi addımlar atılıb:

"Vergilər Nazirliyi əməkdaşlarının vergi ödəyiciləri və ictimaiyyət nümayəndələri ilə keçirdiyi tədbirlər nəticəsində "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Ölkəmizdə aparılan iqtisadi fəaliyyətlər ədalətlilik, bərabərlilik və təxmin edilən vergitutma prinsipləri ilə tənzimlənir.

Vergi güzəştlərinin ünvanlı səciyyə daşıması ayrı-ayrı sahələri stimullaşdırmaqla, ümumilikdə, ölkə iqtisadiyyatının inkişafına xidmət edir. Uzun müddətdir ki, kənd təsərrüfatı sahəsində çalışan vergi ödəyiciləri torpaq vergisindən başqa, digər bütün növ vergilərdən azaddırlar. Bu da aqrar sahənin inkişafına stimul yaradır, insanların torpağa qayıdışını sürətləndirir və nəticədə kənd təsərrüfatının bütün istiqamətlərdə inkişafı təmin olunur. Bu gün sahibkarlarımız istehsal etdikləri məhsulun bir qismini xarici bazarlara Azərbaycan brendi altında çıxarmaqla ölkə iqtisadiyyatının inkişaf səviyyəsini beynəlxalq miqyasda nümayiş etdirir.

Azərbaycanda biznes sahəsində aparılan islahatlar artıq öz bəhrəsini verir. Təsadüfi deyil ki, "Doing Business 2019" hesabatında Azərbaycan islahatçı ölkə kimi dəyərləndirilib. Bu, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir”.

Xatırladaq ki, hazırda Azərbaycanın vergilər naziri Mikayıl Cabbarovdur.