Azərbaycanda İLK - Xəstəyə süni ürək köçürüldü
Azərbaycanda xəstəyə süni ürək köçürülüb.
Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) baş tutub. Belə ki, 2019-cu il fevralın 3-də ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə yüksək ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən süni ürək implantasiyası (ölkədə ilk dəfə olaraq, çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare) uğurla həyata keçirilib.
Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə nəhayət Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar tərəfindən qərara gəlinib ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır.
Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilir.
Qeyd etmək lazımdır ki, süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.
Digər Xəbərlər
18 Aprel 2024 11:29
"Yağların heç birində sağlamlığa təsir edəcək təhlükəli hal aşkarlanmayıb" - Agentlik sədri
18 Aprel 2024 11:06TƏBİB-dən Aytən Səfərovanın vəziyyəti ilə bağlı AÇIQLAMA
17 Aprel 2024 16:00Antibiotiklərin zərəri varmı?
16 Aprel 2024 09:54TƏBİB sürücülərə MÜRACİƏT ETDİ
16 Aprel 2024 09:25