Prezident Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul etdi - Yenilənib
Prezident İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı, bərpa olunan enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturunun, xüsusilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı Azərbaycan-Avropa əməkdaşlığına toxunulub, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub.
Rene Van der Linden Azərbaycanın sabit bir ölkə kimi regionda çox nuhum bir dövlət olmasının əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olunub, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.
Adalet.az-ın xəbərinə görə, bu barədə Azərtac-a məlumat yayıb.
Digər Xəbərlər
24 Aprel 2024 20:48
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel 2024 18:53Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anı
24 Aprel 2024 18:49“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşı
24 Aprel 2024 14:37Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel 2024 14:36