Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Faiq QİSMƏTOĞLU: SÜRÜCÜLƏR DİQQƏTLİ OLANDA... Adalet.az | Faiq QİSMƏTOĞLU: SÜRÜCÜLƏR DİQQƏTLİ OLANDA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SÜRÜCÜLƏR DİQQƏTLİ OLANDA...

2396    |   2019-02-11 14:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyanın əksər ölkələrində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün çox böyük qabaqlayıcı tədbirlər görülür. Çünki hər il dünyada baş vermiş avtomobil qəzaları nəticəsində milyonlarla insan həlak olur. Bu faktın özü onu deməyə əsas verir ki, türklərin diliylə demiş olsaq, "trafik canavar” insanları məhv etməkdədi. Amma gəlin onunla razılaşaq ki, elə bir çox halda sürücülər özləri səhlənkarlıqlarından o "trafik canavarın” qurbanına çevrilir.

Ona görə də birmənalı olaraq dünyanın bütün ölkələrində yol-nəqliyyat hadisələrinin azalması üçün beynəlxalq təcrübədən, müasir texnika və texnologiyadan istifadə edilir. Heç bizim ölkə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi baxımından inkişaf etmiş dövlətlərdən geri qalmır. Artıq neçə illərdir hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə respublikanın avtomobil yollarında və Bakı şəhərində radarlar, kameralar quraşdırılıb. Bu texniki avadanlıqların quraşdırılması nəticəsində istər respublika əhəmiyyətli yollarda, istərsə də paytaxtımızda yol-nəqliyyat hadisələrinin sayı azalıb, ölüm və xəsarətalma halları aşağı enib.


Bu təhlükəsizlik tədbirləri ilə yanaşı, yol hərəkətinin yüksək səviyyədə qorunması və hərəkət iştirakçılarının ölümünün qarşısınin alınması üçün 2019-2023-cü illər müddətində Dövlər Proqramə qəbul edilib. Həmin Dövlət Proqramına əsasən çox böyük tədbirlər nəzərdə tutulub. Yəni yol-nəqliyyat hadisələrinin aşağı enməsi və ölümlə nəticələnəcək qəzaların minimum səviyyəyə endirilməsi üçün daha ciddi addımlar atılacaq.

Belə ki, respublikanın avtomobil yollarında yük və fərdi maşınların sürücülərinin dincəlməsi üçün əlverişli şərait yaradılacaq, hətta magistral yolun müxtəlif istiqamətlərində tibb məntəqələri fəaliyyət göstərəcək. Hər hansı yol-nəqliyyat hadisəsi baş verərkən təcili tibbi yardım maşının stansiyadan gəlib hadisə yerinə çatması üçün nə qədər vaxt keçir. Və bəzən görürsən ki, təcili tibbi yardım maşınının lazımi yerə gec çatması nəticəsində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış sürücünün, yaxud da sərnişinin həyatını xilas etmək mümkün olmur. Məhz Dövlət Proqramında bu məsələlər diqqət mərkəzində saxlanılır, qabaqlayıcı tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur.


Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da Dövlər Proqramından irəli gələn və üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər. Belə ki, tağım əməkdaşları sutkanın 24 saatı ərzində davamlı olaraq təhlükəsizlik tədbirlərini vaxtında icra edir və baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı addımlara xüsusi önəm verirlər. Bunu üçün onlar hərəkətin təhlükəsizliyini təmin etməklə yanaşı və o cümlədən kobud qayda pozuntularına qarşı mübarizə aparmaqla bərabər, sürücülərin və hərəkət iştirakçılarının maarifləndirilməsini də unutmurlar.

Xüsusən də tikinti materialları – qum, çınqıl, mişar daşı və digər avadanlıqları aparan sürücülərlə bu cür maarifləndirici söhbətlər daha tez-tez aparılır. 6-cı tağımın baş inspektoru, polis leytenantı Araz Həşimov bu mənada yük aparan sürücülərlə fərdi söhbətlər edir, onlara öz məsləhətlərini verir, qum, çınqıl, mişar daşı daşıyarkən həmin materialların üstünü örtmələrini məsləhət bilir. Biz reyddə olarkən bir neçə mişar daşı aparan "Kamaz” markalı sürücüylə polis leytenantı Araz Həşimovun səmini söhbətlərinin şahidi olduq. Hiss etdik ki, polis leytenantının bu səviyyədə isti və səmimi söhbəti həmin sürücülərin ürəyincə idi. "Kamaz” markalı sürücülərdən biri onun məsləhətini dinlədikdən sonra dedi ki, biz həmişə yol polisinin məsləhətlərinə əməl etmişik. Polis leytenantı Araz Həşimovun bizimlə belə yüksək mədəni davranması bizimlə polis arasında olan səmimi münasibətin nəticəsidir və biz də düşünürük ki, yol polisi nə məsləhət veririsə, bizim xeyrimizədir. Ona görə də onların tövsiyyələrinə həmişə can-başla əməl eləyirik.

Polis leytenantı Araz Həşimov neçə ildir ki, bu tağımda çalışır. Öz mədəni səviyyəsi, peşəkarlığı və insani münasibətlərilə hərəkət iştirakçılarının hörmətini qazanıb. O, xəstələnib dəfələrlə ağır vəziyyətdə olan hərəkət iştirakçılarına kömək əlini uzadıb, onları çətin vəziyyətdən xilas edib. Bax, bu cür insani keyfiyyətlər polisi bu xalqın gözündə həmişə ucaldıb. Bəzən sözün açığı, yarıyolda qalan və maşını nasaz vəziyyətdə olan sürücüyə hər yol polisi kömək göstərmir. Ancaq Araz Həşimov xidməti vəzifəsinin ilk günündən bu günə qədər öz işinə və peşəsinə məsuliyyətlə yanaşıb. Çünki o, ziyalı bir ailədə böyüyüb və rəhmətlik atası da uzun müddət yol polisində komandir olub. Təbii ki, belə bir mühitdə böyümüş zabit həm dövlətinə sədaqətli olacaq, həm də polisin şərəfini uca tutacaqdır.

Hər bir sürücü sükan arxasında əyləşərkən düşünməlidir ki, o, özü ilə bərabər avtomobilin salonunda başqa insanlar da aparır. Ona görə də nəqliyyat vasitəsini idarə edərkən son dərəcə diqqətli olmalı, magistral yollarda ara məsafəsi saxlamalı, metereoloji şəraiti nəzərə almalı və sürət həddinə əməl etməlidir.

Təəssüflə qeyd etməliyik ki, bir çox sürücülər bu deyilənləri unudur və tez-tez yol hərəkəti qaydasını pozurlar. Yol hərəkəti qaydasının pozulması isə sürücülərə yaxşı heç bir şey vəd eləmir. Yəni qanunu pozursansa, qaydalara əməl eləmirsənsə, nə vaxtsa onun qurbanına çevrilə bilərsən. Bax, bu məsələləri hər an, hər dəqiqə sürücülər unutmamalıdılar. Unutmaq isə uçuruma yuvarlanmaq deməkdir.




İmza:
SON XƏBƏRLƏR
2019-02-17
2019-02-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK