adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Fevral 2019 12:41
7245
MƏMLƏKƏT
A- A+

“Qaçqın və məcburi köçkün gənclərin I təhsil və karyera sərgisi” adlı sərgi keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsində qalib gəlmiş "Qaçqın və məcburi köçkün gənclərin I təhsil və karyera sərgisi” adlı layihənin bağlanış mərasimi keçirilib. 

Bağlanış mərasimində sərgi və konsert təqdim edilib, foyedə layihə iştirakçılarının əl işləri və rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Adalet.az xəbər verir ki, tədbirdə müxtəlif universitetlərin tələbələri, məktəblilər, həmçinin Autizm-uşaq mərkəzinin uşaq və yeniyetmələri iştirak edib. Konsertdə bir sıra tanınmış müğənnilər də çıxış ediblər. Müğənnilərin çıxışı konsertə rəngarənglik qatıb və konsert uşaqların sevincinə səbəb olub. Layihə rəhbəri Günay İmanova çıxış edərək Azərbaycan Respublikası Gənclər Fondunun gənclər üçün yaratdığı şəraitdən bəhs edib. Bildirib ki, Azərbaycan Respublikası Gənclər Fondu fəaliyyət göstərdiyi müddət ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün şərait yaradıb. Gənclər Fondunun fəaliyyəti Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının təmin olunmasına yönəldilib. 

Daha sonra vurğulanıb ki, layihənin ilk mərhələdə pilot layihə olaraq sonralar isə daha geniş miqyasda reallaşdırılması nəzərdə tutulub ki, bu da gələcəkdə çox müsbət nəticələr verəcək. Layihənin əsas nəticəsi və davamlılığı cəmiyyətin maarifləndirilməsi ilə bağlı olduğundan bu tipli layihələrin davamlı olmasına böyük ehtiyac vardır. O, qeyd edib ki, layihə davamlı olduqca əhatə dairəsində genişlənəcək və nəticələr də daha effektiv olacaq. 

Tədbir konsert proqramı ilə davam edib.