Deputat: ““Formula 1”lə müqavilənin uzadılması Azərbaycanın qələbəsidir”
"Bu günlərdə məşhur "Formula 1” avtomobil yarışının Bakıda keçiriləməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılmasını Azərbaycanın, ilk növbədə Prezident cənab İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə sosial şəbəkədə bildirib.
Deputatın sözlərinə görə, ötən dörd il ərzində yarışın Bakıda yüksək səviyyədə təşkil edilməsi, yarışa gələn xarici turistlərin sayının artması və yarışın aparıcı telekanallarla nümayiş etdirilməsi Azərbaycanın cəlbedici və perspektivli ölkə olması anlamına gətirib:
"Həmçinin, ölkənin sürətlə inkişafı, turistlərdə Bakının qədim tarixi qorunmaqla müasir görkəmi haqda fikirlərin formalaşması yarışın gözəlliyini daha da artırır. Heç bir şübhə ola bilməz ki, prezidetin apardığı uğurlu siyasəti ilə Azərbaycanın qələbələri daha da artacaqdır”.
Digər Xəbərlər
25 Aprel 2024 09:10
Prezident sülhməramlıların Qarabağı tərk etməsinin detallarını AÇIQLADI
25 Aprel 2024 09:00"Dövlət sərhədimizin 10 və ya 12 kilometri artıq delimitasiya olunub" - Prezident
24 Aprel 2024 20:48Ali qonağın şərəfinə dövlət ziyafəti - YENİLƏNİB
24 Aprel 2024 18:53Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini andı
24 Aprel 2024 18:49