viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İran-Azərbaycan sərhədində İNSİDENT - sərhəd pozucusu güllələndi Adalet.az | İran-Azərbaycan sərhədində İNSİDENT - sərhəd pozucusu güllələndi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

İran-Azərbaycan sərhədində İNSİDENT - sərhəd pozucusu güllələndi

2909    |   2019-02-11 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

DSX-dən Adalet.az-a verilən məlumata görə, 11 fevral tarixində saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 1 nə­fər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Res­publikası istiqa­mətində geriyə doğru qaçıb.

"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­ub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Res­pub­likasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.




İmza:
SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK