warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Minimum əməkhaqqı artımı bu sahələrdə çalışanlara təsir edəcək - SİYAHI Adalet.az | Minimum əməkhaqqı artımı bu sahələrdə çalışanlara təsir edəcək - SİYAHI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Minimum əməkhaqqı artımı bu sahələrdə çalışanlara təsir edəcək - SİYAHI

3313    |   2019-02-11 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezient İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Onların sırasında daxildir:

- elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;

- dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər;

- dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları;

- dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);

- dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarı ilə əmək haqları tənzimlənən təşkilatlar: Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, İcra Hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.

Eyni zamanda, minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən azı 150 min nəfər) əmək haqqının artmasına səbəb olacaq.

Dövlət başçısının yeni Sərəncamı ilə minimum əmək haqqının artırılması muzdla çalışanların azı 40%-nin əmək haqlarının artmasına imkan verəcək.

Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaq.





İmza:

Gömrükdən avtomobillərin keçirilməsi qaydasında dəyişiklik

Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı?

Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

"Sənsizliyimin bu 8 ilində səni 8 saniyə də olsun unuda bilmədim" - İkinci ömür...

Balaxanı tullantı poliqonunda yaşıllaşdırma aksiyası keçirilib - FOTO

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

Tütündən istifadə edən sürücülər cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ

TANRI SƏNİ QORUSUN, QIZIM!

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

İsmayıllıya qar yağıb - Foto

Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir

SON XƏBƏRLƏR
2019-04-21
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK