adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Fevral 2019 10:03
6089
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt qatarında problem yarandı

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verilib. Bildirilib ki, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb.

Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb.

Hazırda nasazlığın səbəbləri araşdırılır.