warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Azərbaycan səmasında uçan naməlum obyekt - VİDEO Adalet.az | Azərbaycan səmasında uçan naməlum obyekt - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Azərbaycan səmasında uçan naməlum obyekt - VİDEO

6188    |   2019-02-11 09:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb. Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. O iddia edib ki, fotoda əks olunan obyekt heç bir kompüter proqramı vasitəsilə montaj olunmayıb.

Görüntü ilə tanış olan astroloq Firudin Qurbansoyun sözlərinə görə, ərazidə mobil telefonla qeydə alınan həqiqətən də naməlum uçan obyekt olub. O, naməlum uçan obyektlərin bura gəlməsinə səbəb kimi isə bu ərazinin planetar enerji mərkəzi olmasını göstərir.

Firudin Qurbansoy bildirir ki, uçan naməlum obyektlər sürətlə gələrkən əvvəlcə arxalarında iz buraxırlar. Bu fotoda da həmin izlər əks olunub. Astroloq iddia edir ki, həmin ərazidə, yəni Beşbarmaq dağının yaxınlığında özü də bir neçə dəfə uçan naməlum obyekt görüb.

Qeyd edək ki, bundan əvvəl də iddialara görə, Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.







İmza:
SON XƏBƏRLƏR
2019-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Dəli kimi nə düşmüsən bu milçəklərin dalınca?

- Sakit ol arvad, 5 milçək öldürmüşəm, 3 - ü erkək, 2 - si dişi.

- Hardan bildin 3 - ü erkək, 2 - si isə dişidir?

- 3 - ü pivənin üstündə, 2 - sini isə telefonun üstündə öldürmüşəm.





digər lətifələr
ARXİV
FACEBOOK