adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Fevral 2019 17:00
15868
DÜNYA
A- A+

Türkiyədə antiterror əməliyyatı: 21 nəfər tutulub

Türkiyənin 13 vilayətində antiterror əməliyyatı keçirilib.

Adalet.az xəbər verir ki, əməliyyatlar əsasən, Trabzon, İstanbul, Ankara, Hatay, Giresun, Şırnak, Balıkəsir, Ərzurum, Osmaniyə, Kütahya, Samsun, Təkirdağ və Elazığda aparılıb.

Uğurlu əməliyyatlar nəticəsində FETÖ və PDY terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 21 nəfər saxlanılıb. Onların arasında yüksək rütbəli zabitlərin də olduğu bildirilir. Həmin şəxslərin kimliyi açıqlanmayıb.